Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Uşaqlar arasında 'xərçəng' genişlənir


Xərçəngə tutulmuş uşaqlar (arxiv fotosu)

Xərçəngə tutulmuş uşaqlar (arxiv fotosu)

Azərbaycanda 13 yaşadək uşaqlar arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları artıb.

«Trend» xəbər agentliyi Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2015-ci ildə 10 mindən çox adama ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub. Onların 5 minə yaxını kişi, 5 mindən çoxu qadın olub.

Buna da bax: 'Anamın ödünü çıxarmaq yerinə mədəsini kəsdilər'

Ötən il ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulanların 113-ü 13 yaşadək uşaq olub.

2011-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqların 71-nə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulmuşdusa, 2014-cü ildə onların sayı 81, ötən il 113 olub. Onların çoxu oğlandır.

Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb.

Əhalinin hər 100 min nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları artıb.

Həkimlər xərçəng xəstəliyinin erkən mərhələdə aşkar edildiyi təqdirdə onun müalicəsinin mümkünlüyünü bildirirlər. İnkişaf etmiş mərhələdə isə xərçəngin qarşısını almaqda təbabət gücünü göstərə bilmir.

Buna da bax: 'Bir də ayıldım ki, sağlam uşaqlığımı çıxarıblar'

Azərbaycanda statistika xərçəngin inkişaf etmiş mərhələdə aşkar edilməsi faktlarının daha çox olduğunu göstərir.

Tibb məsələləri üzrə ekspertlər bunun bir səbəbini ölkədə tibbi sığorta olmadığı üçün vətəndaşların vaxtlı-vaxtında həkim müayinəsindən keçə bilməmələri ilə izah edirlər.

Sosial mediada xərçəng xəstəliyinə yoluxanların keyfiyyətli və pulsuz tibbi yardım ala bilməməsi ilə bağlı vaxtaşırı şikayətlərə də rast gəlinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG