Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:41

Bu gün 'Rusiya Günü'dür


Moskva Kadet məktəbində Rusiya Günü belə qeyd olunur, 10 iyun, 2016
Moskva Kadet məktəbində Rusiya Günü belə qeyd olunur, 10 iyun, 2016

İyunun 12-i Rusiya günüdür, ölkə 1990-cı ildə bu gün suverenliyini elan edib.

Rusiya günü münasibətilə prezident Vladimir Putin bir qrup alimi, sənətkarı mükafatlandırıb. Rusiya Federasiyasının ali mükafatı 1992-ci ildə təsis edilib, SSRİ-nin Dövlət mükafatını əvəz edir. Mükafatın məbləği 5 milyon rubl - 76.500 dollardır. Mükafatçıya medal və sertifikat verilir.

Hər il verilən mükafatın təqdimetmə mərasimi Kremldə keçirilir. Mükafatı tibb sahəsində molekulyar immunitet sahəsi üzrə tədqiqatçı Sergey Nedospasov alıb. Malı Teatrın direktoru Lev Dodin isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə mükafatlandırılıb.

Bu gün münasibətilə ölkədə konsertlər, festivallar keçirilir, Moskvada və başqa şəhərlərdə atəşfəşanlıq olacaq. Baş nazir isə xalqı Rusiya günü münasibətilə təbrik edib.

Rusiyalıların çoxu bu günün niyə qeyd olunduğunu bilmirlər. 2015-ci ildə müstəqil Levada mərkəzinin keçirdiyi sorğuya görə yalnız 3 faiz rusiyalı respondent bu günü il ərzində keçirilən bayramlar arasında ən vacibi hesab edir.

XS
SM
MD
LG