Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

-

«İttihamda yazılıb ki, Gürcüstandan olan əl-Şişaninin dəstəsində döyüşmüşəm. Əgər mən həyatımda bircə dəfə də olsun, o adamı görmüşəmsə, Allah bəlamı versin».

ÖNÜMÜDAFİƏ, YOXSA?

Bunu mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Eldost Quliyev deyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Ömər əl-Şişaninin dəstəsinin üzvü olduğu iddia edilən bu 6 nəfər barədə ilk dəfə ötən il hökm çıxarmışdı. Həmin məhkəmə vaxtı da təqsirləndirilən şəxslər ittihamları Milli Təhlükəsizlik Nazirliyinin zirzəmisində işgəncələr altında qəbul etdiklərini demişdilər. Məhkəmə onların bu dediklərini özünümüdafiə kimi dəyərləndirərək ittihamların sübuta yetirildiyini hesab etmişdi. Ötən il iyulun 7-də Məmmədşah Məmmədəliyev 13, Sənan Baxışov, Əhməd Həsənov, Ruslan Cəfərov və Maarif Mərdanov 14 il müddətinə həbsə məhkum olunmuşdu.

Ancaq məhkumlar hökmdən apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edərək işi baxılması üçün təkrar həmin məhkəməyə qaytarıb. Budəfəki məhkəmədə dəstə üzvü Eldost Quliyev ifadəsinə davam edərək deyib:

«ONDA MƏNİ SURİYADAN NİYƏ ÇIXARDI?»

«Guya mən «Seyfullah camaatı»na qoşulmuşam, «əl-Nüsrə»nin tərkibində olmuşam. Sonra da yazıblar ki, məni «əl-Nüsrə» Suriya ərazisindən çıxarıb. Əgər doğrudan da orada döyüşmüşəmsə, «əl-Nüsrə» məni Suriyadan niyə çıxarırdı? İnandırıcı deyil axı…».

Təkrar mühakiməyə çıxarılan digər müttəhimlər Sənan Baxışov, Ruslan Cəfərov, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov, Maarif Mərdanov da Ömər Şişanini tanımadıqlarını və onun dəstəsində döyüşmədiklərini deyiblər.

İttiham aktında qeyd olunur ki, Ömər Şişani ləqəbli şəxs əslən gürcüdür, Pankisi dərəsində yaşayıb. Həqiqi adı və soyadı Tarkhan Batirashvili-dir. Bu adam İŞİD-in ən güclü hərbi rəhbərlərindən biri hesab olunur.

Məhkəmə iclası davam edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG