Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:50

►Üstündən bir əsr keçsə də, Mirzə Cəlilin “Ölülər”i yenə aktualdır...

Bu günün Azərbaycanında xurafatla baş aldadanlar yenə at oynadır.

"Ölüdirildən" Şeyx Nəsrullah yenə peyda olsa, ona inananlar yəqin yenə tapılar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşanın premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib.

Səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirlidir.

Özünəməxsus formada nümayiş olunan tamaşada bənzərsiz bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə aktyor Anar Heybətov olub.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Firuz Xudaverdiyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Mətləb Abdullayev, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova, Canəli Canəliyev və başqaları canlandırıb.

130 dəqiqə sürən səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.

Xəbərdə vurğulanır ki, əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG