Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

►Ölkədən çıxışı yasaqlanan Natiq Cavadlı Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutur

Bakı Apellyasiya Məhkəməsi ölkədən çıxışına qadağa qoyulan jurnalist Natiq Cavadlının şikayətini rədd edib. Hakim Mirpaşa Hüseynov avqustun 12-də Nəsimi Rayon Məhkəməsinin qərarını haqlı hesab edib.

Rayon məhkəməsi jurnalistin işini icraata götürməkdən imtina etmişdi. N.Cavadliya inzibati qaydada məhkəməyə müraciət etmək tövsiyə olunmuşdu.

Jurnalistin vəkili Zibeydə Sadıqova qərarları qanunsuz saydığını deyib.

Vəkil qeyd edib ki, onlar məhkəmə nəzarəti qaydasında şikayət veriblər.

“Cinayət Prosessual Məcəlləsinin 451-ci maddəsinə görə, Nəsimi Rayon Məhkəməsi jurnalistin ölkədən çıxışına qoyulan qadağanı ya qanuni hesab etməli, ya da qanunsuz sayıb ləğv etməli idi. Etmədi, Apellyasiya Məhkəməsi də bu qanunsuz qərarı qüvvədə saxladı”, dəyən vəkil Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Bakı Apellyasiya Məhkəməsi N.Cavadlının şikayətini təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil bildirib ki, jurnalistin ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayət Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.

N.Cavadlının ölkədən çıxışına xaricdən yayımlanan Meydan TV-yə qarşı açılan cinayət işi üzrə prokurorluqda şahid kimi ifadə verməsinə görə, qadağa qoyulub. Vəkillər şahid ifadəsinə görə, belə bir sanksiyanın qanunsuz olduğunu deyirlər.

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb. Daha sonra qaldırılan cinayət işi üzrə bu, televiziya ilə əməkdaşlıq edən 15-ə qədər jurnalist istintaqa cəlb edilib.

Cinayət işini Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinin apardığı bildirilir. Ancaq istintaqın gedişi ilə bağlı rəsmi qurumlardan ictimaiyyətə geniş bilgi verilməyib.

Buna da bax: Emin Milli qaynının həbsinin səbəblərini açır

Günün bütün mövzuları

XS
SM
MD
LG