Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:07

İki qonşu və Serbiya Rio Olimpiadasında ilk qızıl medallarını qazanıblar


Artur Aleksanian
Artur Aleksanian

Avqustun 16-da Ermənistan, Gürcüstan, Serbiya və Ukrayna da daxil, bir neçə ölkə Rio Olimpiadasında ilk qızıl medalını qazanıb. Ancaq bəzi yarışlar ziddiyyətsiz ötüşməyib.

Erməni Artur Aleksanian 98 kiloqram çəki dərəcəsində kubalı Yasmany Daniel Lugo Cabrera-ya qalib gələrəkqızıl medal qazanıb.

SON 20 İLDƏ İLK QIZIL…

Bu, Ermənistanın son 20 ildə qazandığı ilk və ölkənin müstəqillik əldə etməsindən sonra qazandığı 2-ci qızıl medaldır.

Aleksanyan mükafatlandırma mərasimində fəxri kürsüyə çıxanda, paltarının üzərində aprel döyüşlərində ölən erməni əsgərin portreti vardı.

«Mən öz qələbəmi sərhədləri qoruyan və həyatını itirən erməni əsgərlərə həsr edirəm», - bu sözləri də o deyib.

Gürcü ağırlıqqaldıran Lasha Talakhadze də avqustun 16-da 105 kiloqramdan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.

Yarışın favoriti sayılan iranlı Behdad Salimi Kordasiabi yarışdan kənarlaşdırılıb. Hakimlər onun təkan hərəkətini yerinə yetirərkən, bir qolunu tam açmadığını söyləyiblər.

Buna da bax - Niyə Nicat kimilərə Azərbaycanda yer yoxdur?

DÜŞMƏNLƏRİN KONSPİRASİYASI?

İran atletinin məşqçisi Sajjad Anoushiravani hakimlərin qərarını «düşmənlərin konspirasiyası» adlandırıb və bu zaman, çox güman, iraqlı hakimə eyham vurub.

Ukraynalı gimnast Oleh Vernyayev də paralel turniklərdə ölkəsinə bu olimpiadanın ilk qızılını qazandırıb.

Amerikalı Danell Leyva Vernyayev-ə uduzaraq, - gümüş, rusiyalı David Belyavsky isə bürünc medala sahib olub.

Vernyayev ötən həftə kişilərin sərbəst hərəkətlərində gümüş medal almışdı.

«MƏN UDUZMAMIŞAM»

Yunan-Roma güləşçisi Davor Stefanek 66 kiloqram çəki dərəcəsində erməni Migran Arutyunian-ı məğlub edərək, Serbiyaya bu olimpiadada ilk qızıl medalı qazandırıb.

Arutyunian hakimlərin qərarına etiraz edib: «Mən uduzmamışam. Nədənsə hakimlər yenə mənə podiumda layiq olduğum yeri vermədilər. Avropa Oyunlarında, dünya çempionatlarında da eyni şey baş vermişdi. Çox üzgünəm. Mən illərlə yorulmadan çalışmışam».

Gürcü Shmagi Bolkvadze və azərbaycanlı Rəsul Çunayev yarışları bürünc medallarla başa vurublar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG