Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Hüquq müdafiəçisi barəsindəki cinayət işi bağlanıb


Oktay Gülalıyev (solda)
Oktay Gülalıyev (solda)

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Oqtay Gülalıyevun barəsində 4 il əvvəl başlanmış cinayət işinə xitam verilib.

Bu barədə AzadlıqRadisou-na hüquq müdafiəçisi Taleh Xasməmmədov məlumat verib.

Onun sözlərinə görə, Oqtay Gülalıyevin Sabirabad polis idarəsinə çağrılması müsbət sonluqla nəticənib:

“Oqtaya bildiriblər ki, onun barəsində 4 il əvvəl qaldırılmış cinayət işinə xətm verilib və ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb”.

Buna da bax: Oqtay Gülalıyev azadlığa buraxılıb [Video]

Oqtay Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabadın Minbaşı kəndində saxlanılmışdı və inzibati qaydada 12 sutkalıq həbs cəzası almışdı. Aprelin 19-da ona qarşı CM-in 220.2 (kütləvi iğtişaş) maddəsilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi Oqtay Gülalıyevun barəsində 2 ay həbs qətimkan tədbiri seçmiş və o, Bakıyaİstintaq Təcridxanasına göndərilmişdi. 2012-ci il iyunun 13-də Sabirabad Rayon Məhkəməsi həbs qətimkan tədbirinin ləğv olunması və onun məhkəmə zalından azadlığa buraxılması barədə qərar vermişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG