Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

Ofşorlara nəzarət necə gücləndiriləcək?


"Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib"
Gözlə

No media source currently available

0:00 0:15:53 0:00

"Əliyev məmurlarına ofşor şirkət yaratmağı öyrədib"

Vergilər nazirinin müavini İlkin Vəliyev hökumətin ofşor zonalarda Azərbaycanla bağlı şirkətlərə nəzarətin gücləndiriləcəyindən danışıb.

«Report»un xəbərinə görə, İ.Vəliyev bildirib ki, hazırda Azərbaycanla bir sıra ölkələr arasında əməkdaşlığa dair beynəlxalq sazişlər mövcuddur və onların sayının daha da artırılması nəzərdə tutulub: «Biz digər ölkələrə onlarla bağlı müəssisələr barədə məlumatlar veririk. Eyni zamanda, qarşılıqlı olaraq həmin ölkələrdən Azərbaycanla bağlı şirkətlər barədə məlumatları alırıq. Bu cür beynəlxalq müqavilələrin çərçivəsinin genişləndirilməsi planlaşdırılır. Bu bizə ofşor zonalarda Azərbaycanla bağlı şirkətlərə nəzarəti gücləndirməyə imkan verəcək».

Azərbaycan prezidenti İlham Əliyev avqustun 4-də «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların təsdiqi və vergi inzibatçılığın təkmilləşdirilməsi haqqında» sərəncam imzalayıb. Sərəncamda ofşor zonalarda Azərbaycanla bağlı şirkətlərə nəzarətin gücləndirilməsi qarşıya məqsəd kimi qoyulurdu.

Bir çox yerli və xarici KİV-lərdə dərc edilən araşdırmalarda qeyd edilir ki, əslində, Azərbaycandan vəsaitlər çıxarıb ofşor zonalarda yerləşdirən şirkətlərə elə bəzi hakimiyyət rəsmiləri və onların ailə üzviləri himayədarlıq edir.

Buna da bax - Əliyevlər 'Panama Papers'də... (detallar, video)

Əliyevlər "Panama Papers"də... (detallar, video)
Gözlə

No media source currently available

0:00 0:17:31 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG