Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:02

"Qazötürmə şirkəti" Tbilisi sakinlərindən üzr istəyib

Bu gün – sentyabrın 14-də səhər açılandan bəri Tbilisinin bəzi mərkəzi rayonlarının sakinləri qaz qoxusundan təlaşlanıblar.

Artıq günorta saatlarına doğru "Gürcüstan qazötürmə şirkəti" şəhərə verilən qazdan gələn qoxuya görə Tbilisi sakinlərindən üzr istəyib. Narahatlıq qaza spesifik qoxu verməkdə istifadə olunan odorantın normadan artıq vurulmasından qaynaqlanıb.

Buna da bax:​ Kaxa Kaladze: "Azərbaycan qazı Gürcüstana bəs eləmir"

Narahatlıq qaza spesifik qoxu verməkdə istifadə olunan odorantın normadan artıq vurulmasından qaynaqlanıb.

"Bu il sentyabrın 14-də Tbilisinin bir neçə rayonunda kəskin təbii qaz iyi qeydə alınıb. Buna qaza həddən çox odorant vurulması səbəb olub. "Gürcüstan qazötürmə şirkəti" olaya dərhal reaksiya verib və indiki mərhələdə heç bir texniki problem yoxdur", - şirkətin saytında dərc olunmuş bəyanatda belə deyilir.

Bəyanatda vurğulanıb ki, odorant insan sağlamlığına təhlükə törətmir. Ondan yararlanaraq, sızmanın aşkarlanmasını asanlaşdırmaq üçün təbii qaza spesifik qoxu verilir: "Buna görə də göstərilən faktın əhaliyə qorxusu yoxdur".

Günün bütün mövzuları

XS
SM
MD
LG