Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trump noyabrın 10-da Ağ evə dəvət olunub.

Onu indiki prezident Barack Obama dəvət edib.

Prezident Trumpun qələbəsindən sonra komandasına hakimiyyıtin növbəti prezidentə ötürülməsini göstəriş verib.

Barack Obama Trumpun qələbəsini qəbul etməyən tərəfdarlarına da müraciət edib. “Biz əslində bir komandayıq. Biz ilk növbədə demokrat və respublikaçı yox, amerikalı və vətənpərvərlərik”, deyə Obama vurğulayıb.

Noyabrın 8-də ABŞ-da keçirilən növbəti prezident seçkisində 289 seçici səsi ilə respublikaçıların namizədi Donald Trup qalib gəlib.

Demokrat partiyasının namizədi Hillari Clinton isə 218 seçici səsi toplaya bilib.

Qələbəni təmin eləmək üçün qalibə 270 seçici səsi lazım idi.

Andiçmə mərasimi yanvarın 20-də olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG