Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:06

Obama Trampla görüşü "əla" adlandırır (Video)


ABŞ prezidenti Barack Obama Respublikaçılar partiyasından prezident seçilmiş Donlad Trampla görüşdən sonra deyib ki, "əla" və "geniş" müzakirə oldu.

Obama ilə Trump noyabrın 10-da Ağ Evdə Oval Ofisdə bir saatdan çox danışıblar.

Obama deyib ki, ölkə qarşısında duran problemlərin həllində Trumpın onun komandası ilə birlikdə işləmək istəməsi onu çox razı salıb. Obama deyib ki, "indi birlik çox vacibdir".

Trump isə bildirib ki, görüş nəzərdə tutulandan çox çəkib. Onlar "bir çox vəziyyətləri, o cümlədən çətinlikləri müzakirə ediblər".

Ağ Evin indiki və gələcək sahibi görüşdü, suallardan imtina etdilər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Trump deyib ki, bu görüş onun üçün "böyük şərəfdir" və gələcəkdə Obama ilə görüşlərə ümid edir.

Trumpı Ağ Evdə görüşə Obama dəvət etmişdi. Bu görüş, hakimiyyətin demokratlardan respublikaçılara keçməsinin tərkib hissəsidir.

Noyabrın 10-da indiki vitse-prezident Joe Biden gələcək həmkarı Mike Pence ilə görüşüb.

Obama Trumpun qələbəsindən sonra komandasına hakimiyyıtin növbəti prezidentə ötürülməsini göstəriş verib.

Barack Obama Trumpun qələbəsini qəbul etməyən tərəfdarlarına da müraciət edib. “Biz əslində bir komandayıq. Biz ilk növbədə demokrat və respublikaçı yox, amerikalı və vətənpərvərlərik”, deyə Obama vurğulayıb.

Ağ Evdə yeni prezident Donald Trump-ı qarşılayırlar. 10 noyabr 2016
Ağ Evdə yeni prezident Donald Trump-ı qarşılayırlar. 10 noyabr 2016

YENİ SAYT
Trumpın keçid komandası noybarın 10-da yeni vebsayt və Twitterdə yeni hesab açıb.

greatagain.gov saytında Trumpın tərcümeryi-halı və onun gələcək siyasətinin istiqamətləri yer alıb.

@transition2017 adllı Twitter hesabında isə noyabrın 9-da axşam ilk tvit qoyulub: "Birlikdə işləyək, bizim ölkənin yenidən qurulması və Amerika arzusunun yenidən canlanması üzrə işə başlayırıq,

Noyabrın 8-də ABŞ-da keçirilən növbəti prezident seçkisində 289 seçici səsi ilə respublikaçıların namizədi Donald Trup qalib gəlib.

Demokrat partiyasının namizədi Hillari Clinton isə 218 seçici səsi toplaya bilib.

Qələbəni təmin eləmək üçün qalibə 270 seçici səsi lazım idi.

Andiçmə mərasimi yanvarın 20-də olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG