Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:17

Obama Rusiya gəmilərinin Yunanıstan limanlarına buraxılmamasını tələb edəcək


 Barack Obama

Barack Obama

ABŞ prezidenti Barack Obama Yunanıstana səfəri zamanı baş nazir Aleksis Tsiprasdan ölkə limanlarının Rusiya gəmilərinin üzünə bağlanmasını tələb edəcək.

Bu barədə noyabrın 13-də Militaire.orq portalı məlumat yayıb.

Portalın məlumatına görə, Obama həmçinin Yunanıstanı dekabrda Rusiyaya qarşı yeni sanksiyalara səs verməyə və Makedoniyanın NATO ittifaqına qoşulmasına qoyduğu vetonu ləğv etməyə çağıracaq.

Qeyd edək ki, İspaniya oktyabrın sonunda Rusiyanın “Admiral Kuznetsov” raket gəmisinin Seuta limanında dayanması və yanacaq doldurmasını faktiki qadağan elədi.

Rusiyanın müdafiə nazirliyi hesab edir ki, bu ABŞ və NATO-nun təzyiqi ilə edilib.

“Admiral Kuznetsov” gəmisi iktyabrın 15-də Aralıq dənizinə daxil olub.

Məqsəd Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlara dəstək göstərməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG