Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

Obama-nın qızı restoranda işə düzəlib


Sasha Obama
Sasha Obama

ABŞ mediası prezident Barack Obama-nın kiçik qızı Sasha-nın iş təcrübəsi qazanmaq üçün dəniz məhsulları satılan kafedə işləməyi haqda yazır.

Prezidentin qızı Massaçusets ştatında, Martas-Vinyard adasındakı «Nancy's» adlı restoranda kassir və qarson işləyir. 15 yaşlı Sasha Obama-ya 6 nəfər kömək edir.

«The Boston Herald» qəzeti yazır ki, Sasha iş yeri kimi Obama ailəsinin yayda dincəlmək üçün ən çox sevdiyi yeri seçib.

Martas-Vinyard ABŞ-da, əsasən, siyasətçilərin və varlı ailələrin yay istirahətlərini keçirdikləri adadır.

Restoranın tünd göy rəngli xidməti geyimində şəkli çəkilən Sasha, medianın xəbərinə görə, çaypulu xaric, saatbaşı 12-15 dollar qazanır.

Sasha-nın iş yoldaşlarından biri qəzetə bildirib ki, o, aşağıda sifarişlərin paketlənməsi bölməsində işləyir: «Niyə görə bu qıza 6 nəfərin kömək etməsi bizi də maraqlandırırdı. Sonradan kim olduğunu bildik».

Ağ Ev mediada yazılanlarla bağlı hər hansı açıqlama verməyib.

Bundan əvvəl Michelle Obama mümkün olduqca qızlarını normal böyütməyə çalışdığını demişdi.

Sasha-nın mühafizəçiləri o, işlədiyi vaxt yaxınlıqda dayanmış maşının içində olur.

Sasha-nın böyük bacısı Malia da iki dəfə film çəkilişi yerində staj keçmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG