Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:53

Obama nitq söylərkən niyə məhz 13 saniyə susub?


Barack Obama. Orlando, Florida, 16 iyun, 2016

Barack Obama. Orlando, Florida, 16 iyun, 2016

Düz bir il əvvəl ABŞ prezident Barack Obama Charlston-da kilsədə baş vermiş qətliamla bağlı dini mərasimdə çıxış edirdi. O, çıxışının sonuna yaxın birdən susub dayandı. Nə 3, nə də 5 saniyə. Düz 13 saniyə susdu. Hər tərəfə səssizlik çökdü. Bu səssizlikdə Obama əvvəl kütləyə nəzər saldı. Sonra qeyd dəftərçəsinə baxıb, başını yüngülcə yellədi. Daha sonra dönüb ətrafına göz gəzdirdi. Ətrafda dayanmış din xadimləri də nə baş verdiyini anlamağa çalışdırdılar.

Obama «Amazing Grace» oxudu

13 saniyəlik sükutu prezidentin həzin və melodik səsi pozdu. O, «Amazing Grace» mahnısını ifa etməyə başladı. Bu, unudulmaz an idi. Deyilənə görə, Michelle Obama ona oxumamaq xəbərdarlığı edibmiş. Ancaq Barack Obama Chralstona gedərkən, təyyarədə həyat yoldaşına bu xəbərdarlığı nəzərə almayacağını söyləyibmiş. Lakin yenə də mahnıya başlayanadək onu ifa edəcəyinə özü də əmin deyilmiş.

O vaxtdan bir il keçib. Obama artıq prezidentliyinin son aylarındadır. Bu bir ildə oxşar anlar bir neçə dəfə olub. Hər dəfədə prezident sanki qanadlanır. Ölkənin sağalmayan yaralarına məlhəm tapmağa ilhamlanır. Sonrasa qəfil terrorla sarsılan, daxili siyasi mübarizələrin səngimədiyi, siyasi lider kimi səlahiyyətlərinin məhdud olduğu real həyata qayıdır. Bununla da inanılmaz əngəllərlə üzləşir.

«Ey islam dünyası»...

Obama ilk inauqurasiya nitqində, sanki Donald Trump-ın yüksəlişini qabaqcadan görürdü. Həmin çıxışında o Amerikada qarşılıqlı inamın azalmasından, Amerikanın uğursuzluğa düçar olacağı fikrinin möhkəmlənə biləcəyindən narahatlığını ifadə etmişdi. O həmin unudulmaz nitqində demişdi: «Ey islam dünyası, biz qarşılıqlı maraqlara və qarşılıqlı inama əsaslanan yeni bir yol axtarışındayıq».

Bu sözlərin deyilməsindən yeddi il keçib. İndi Amerika İslam Dövlətinin (İŞİD) güclənməsinə qarşı mübarizə aparır. Dünya da sivilizasiyalararası toqquşmaya heç vaxt bu qədər yaxın olmamışdı.

O vaxt nə Obama özü, nə də bir başqası güman edə bilməzdi ki, onun siyasi varisi ola biləcək şəxs – Respublikaçıların namizədi müsəlmanların Birləşmiş Ştatlara girişinə qadağa qoyulmasını təklif etsin.

Bizdə nə kral, nə kraliça, nə də lordlar var

Prezidentliyi dövründə Obamanın uğursuzluqları dərhal medianın manşetlərini bəzəyirdi. Jurnalistlərin də işi biznesdir, media heç vaxt «Təyyarə sağ-salamat eniş edib» kimi başlıqlar qoymur. Ancaq ölkənin durumunun çətin olduğu belə vaxtlarda Obamanın uğursuzluqları ilə yanaşı, onun dözümlülüyü və müqavimətini təcəssüm etdirən müsbət tərəflərini də xatırlatmaq yaxşı olardı.

Belə bir xatırlatma üçün vitse-prezidentin oğlu, 46 yaşında beyin xərçəngindən vəfat etmiş Beau Biden-in dəfn mərasimində prezidentin çıxışını yada salmaq olar: «Ölkəmiz Beau kimi insanların üzərində qurulur. Bizdə nə kral, nə kraliça, nə də lordlar var. Bizdə nüfuza sahib olmaq üçün var-dövlət içində doğulmağa, birinin uğur qazanması üçün başqasını tapdalamasına ehtiyac yoxdur». O zaman Trump-ın namizədlik ehtimalı dəryada damla kimi idi. Ancaq Obama yaxınlaşan qasırğanı sanki havadan hiss edirdi. Ya da prezidentin Muhammad Ali-nin vəfatı ilə bağlı müraciətini yada salaq: «Dahilər təkcə öz peşələrində mükəmməl olduqlarına görə yox, həm də doğru saydıqları uğrunda mübarizə apardıqlarına görə dahidirlər».

Kədər bəzən Obamanın quru görünən şəxsiyyətinə həyəcan gətirir. Onun Tucson, Aurora, Newtown, Charleston, Roseburg, San BernardinoOrlando qətliamlarındakı çıxışlarını yada salın. O, hər dəfə daha kədərli, eyni zamanda, daşlaşmış siyasi qanunları qırmağa, qatillərin Amerikada belə asanlıqla silah əldə etməsinin qabağını almağa daha qətiyyətli görünür.

Obamanın mürəkkəb siyasi mirasını öyrənmək üçün tarixçilərə illər lazım gələcək. Ancaq indidən bir fakt çox ibrətamizdir ki, hakimiyyətdən getmək üzrə olsa da Obamanın reytinqi 50 faizdən yuxarıdır. Onun yerinə gəlmək istəyən Trump əleyhinə olan reytinq isə 70 faizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG