Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:25

ABŞ prezidenti müsəlmanlara zorakılığı pislədi


Barack Obama
Barack Obama

►Obama “daha 4 il” deyən amerikalı müsəlmanların alqışlarına cavab verdi...

Dedi ki, “Yox-yox! İndi Michele aşağı düşüb sizi danlayacaq”

Müsəlman amerikalıları yurdsevər və qəhrəman adlandıran prezident Barack Obama onları alqışlayıb. O, Birləşmiş Ştatlarda müsəlmanlara yönəlik diskriminasiya və zorakılığı pisləyib.

Ağ Evdə müsəlmanların Ramazan bayramı qeyd edilərkən, "İndi müsəlman amerikalıların çətin günləridir" sözlərini dilə gətirən Obama daha sonra deyib:

"Bütün amerikalılar kimi, siz də terror təhlükəsindən rahatsızsınız. Üstəlik, inancınızı təmsil etməyən az sayda şəxsin zorakı əməllərinə görə icmanızın ittiham olunacağından da qorxursunuz".

Ağ Evə toplaşan 100 qonaq "daha 4 il!" - deyə səslənərək, prezidentin bu sözlərini alqışlayarkən, ondan “yox-yox!.. İndi Michelle aşağı düşüb sizi danlayacaq" cavabını eşidiblər (Obama öz həyat yoldaşını nəzərdə tutub – red.).

Buna da bax: ABŞ şirkətləri müsəlmanlara şərait yaradır

“Bu, ağıllı siyasət deyil”

ABŞ prezidenti vurğulayıb ki, müsəlman amerikalılar da "Amerika ailəsinin başqa üzvləri qədər vətənpərvər, dürüst və amerikalıdır".

O, müsəlman həkimlərin, sahibkar və rəssamların, ictimai fəal və idmançıların, polis məmuru, yanğınsöndürən və əsgərlərin cəmiyyətə töfhələrinə diqqət çəkərək deyib:

"Müsəlman amerikalıları ayrıseçkiliyə məruz qoymaq İŞİD-çi və bənzər terroçuların yalanlarına xidmət edir ki, guya Qərb bir milyara davamçısı olan dinlə savaşır. Bu, ağıllı milli təhlükəsizlik siyasəti deyil".

Obama bu sözlərlə həm də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trump-ın ritorikasını hədəfə alıb.

Donald Trump müsəlmanların ölkəyə gəlişini yasaqlamaq və məscidləri nəzarətdə saxlamaqla bağlı hay-küylü çağırışlar səsləndirib.

Pew Tədqiqat Mərkəzinin hesablamalarına görə, ötən il Birləşmiş Ştatlarda yaşayan müsəlman amerikalıların sayı 3 milyon 300 min civarında olub. Bu isə ölkə əhalisinin təxminən 1 faizi deməkdir.

Buna da bax: Müsəlman ailə ABŞ-a buraxılmadı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG