Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:23

Bin Ladenin audio kasetləri


Bin Ladenin kasetlərində səs yazıları nədən danışır?

2001-ci ildə ABŞ-ın Əfqanıstana hücumundan sonra Osama Bin Laden məcbur olub 1997-ci ildən bəri məskunlaşdığı Qəndəhar şəhərini tərk etdi.

Bin Ladenin dağılmış yurdunun yerindən tapılmış 1500-ə yaxın audio kaseti isə bir əfqan ailəsi bir kaset mağazasına satdı.

Kasetlərin sorağı CNN-in kameramanına çatanda o, mağaza sahibini inandırır ki, kasetləri geri qaytarsın, çünki bunlar vacib materiallardır.

O, haqlı idi- kasetlər Bin Ladenin şəxsi audio kitabxanası idi.

BBC yazır ki, kasetlər ABŞ-da Massachusetts ştatında Williams College – də Əfqan Media Layihəsinə göndərilir və əfqan ədəbiyyat və mədəniyyəti üzrə ekspert Fladd Miller tərəfindən tədqiq edir.

Kasetlərdə isə xütbələr, mahnılar, şəxsi söhbətlər var idi.

Miller danışır ki, Bin Laden ilk səs yazısı 1987-ci ildə yazılmış Əfqan-Ərəb mücahidləri və Sovet Xüsusi Təyinatlıları arasındakı döyüşdür.

“Bin Laden özünü reklam etməkdə mahir idi, bu kolleksiyanın çox hissəsi elə buna xidmət edirdi-özü haqqında mif yaratmağa”, deyə Millier bildirir.

Baxmayaraq ki, Bin Ladenin hədəfi ABŞ idi, o, öz çıxışlarında “düşmən” deyəndə Birləşmiş Ştatları nəzərdə tutmurdu. İlkin illərdə o daha çox müsəlmanlar arasında inamsızlığı, dinin qaydalarına yetərincə əməl etməmələri barədə narahatlığı yer alırdı:

“Bu kasetlərdə Al-Qaeda-nın əsas düşməni müsəlman liderlərdir”.

Bin Laden gərçək müsəlmanın kim olmasını aydınlaşdırmaq üçün də cihad etmək istəyirdi.

Mahnıların çoxu isə döyüş ruhunu qaldırmaq üçün idi, burda döyüş səs effektlərinə də rast gəlmək olurdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG