Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:42

Obama Clintonun "başmaqlarını geyəcək"


Barack Obama və Hillary Clinton
Barack Obama və Hillary Clinton

ABŞ prezidenti Barack Obama çərşənbə axşamı Demokrat Partiyasından prezidentliyə namizəd Hillary Clintonun seçkiqabağı kampaniyasına qoşulub.

Qeyd edək ki, Hillary Glinton hazırda sətəlcəm xəstəliyindən əziyyət çəkir və hətta yüksək səlahiyyətli demokratlar onun seçkiqabağı kampaniyasının çətinə düşdüyünü etiraf edirlər.

Obama Hillary Clintonun Pensilvaniya ştatında keçiriləcək mitinqində iştirak edəcək. Bu həlledici mərhələ hesab olunur.

Çünki Clinton bir ay əvvəl rəqibi Donald Trumpu 9 faiz qabaqlayırdısa, indi bu fərq 6 faizə düşüb.

Hillary Clinton mitinqə qatılmayacaq, Nyu-Yorkdakı evində olacaq.

Ağ evin məlumatına görə, Barack Obamanın Clintonla bağlı küclü və müsbət çıxışı gözlənilir.

Obama bir gün əvvəl Konqres liderləri ilə görüşdə, jurnalistlərin Hillary Clintonun səhətilə bağlı sualına məhəl qoymayıb və bunu gülüşlə qarşılayıb.

Vitse-Prezident Joe Biden də bazar ertəsi Hillary Clintonun səhətinin yaxşı olduğunu bildirib, amma etiraf edib ki, bu bəzi demokratlarda böyük narahatlıq yaradıb ki, Respublikaçıların Hillary Clintona qarşı hücumları nəticə verir.

Biden qeyd edib ki, respublikaçıların indiyədək çox uğurla elədiyi şeylərdən biri, bizim namizədimiz ətrafında şübhə yaratmaq olub.

Biden bunu Clintonun Şimali Karolina ştatındakı seçki qərargahının açılışında deyib.

Qeyd edək ki, 11 sentyabr terror qurbanlarının Nyu-Yorkda keçirilən anım mərasimləri zamanı Hillari Clintonun halı pisləşib və az qalıb ki, huşunu itirsin.

Sonradan onun sətəlcəm olduğu bəlli olub.

ABŞ-da növbəti prezident seçkisi bu il noyabrın 8-də keçiriləcək.

Prezidentlik uğrunda Hillary Clinton və Respublikaçıların namizədi Donald Trump mübarizə aparacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG