Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

-

ABŞ prezidenti barak Obama Respublika günü münasibəti ilə azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərib.

AZƏRTACIN-ın xəbərinə görə, məktubda qeyd edilir ki, "sizi və Azərbaycan xalqını dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin yaranmasının 98-ci ildönümü münasibətilə təbrik edirəm."

“Həmçinin sizi qarşıdan gələn əlamətdar hadisə - Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasının 25 illiyi münasibətilə təbrik edirəm”-deyə məktubda yazılır.

Məktubda vurğulanır ki, Azərbaycan son 25 ildə, xüsusilə, Avropanın enerji şaxələndirilməsini və təhlükəsizliyini dəstəkləyən enerji lideri kimi böyük uğur qazanıb:

“Biz terrorçuluğa qarşı mübarizə səyləri də daxil olmaqla, təhlükəsizlik üzrə əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan ilə birlikdə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında xidmət etməkdən şərəf duyuruq. Azərbaycan bütün vətəndaşları üçün təhlükəsizlik, firavanlıq və ifadə azadlığını daha da möhkəmləndirdikcə biz ona yardım etməyə hazırıq. Biz, həmçinin ölkənizin və qonşularının əmin-amanlıq və sabitlik şəraitində yaşamalarından ötrü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycan ilə işləməyə davam edəcəyik”.

Günün bütün mövzuları

XS
SM
MD
LG