Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:06

11 sentyabrdan iki gün öncə


Ahmad Shah Masudun oğlu Ahmad Masud, 19 iyul, 2016
Ahmad Shah Masudun oğlu Ahmad Masud, 19 iyul, 2016

12 yaşlı uşağın yadında qalanlar

RFE/RL Talibana qarşı vuruşan əfqan səhra komandiri, ABŞ-a qarşı 11 sentyabr hücumlarından iki gün əvvəl öldürülmüş Ahmad Shah Masudun oğlundan müsahibə alıb.

2001-ci il sentyabrın 9-da Əfqanıstanın şimalında Talibana qarşı vuruşan əfsanəvi "Pəncşir şiri" Əl-Qaidanın iki sui-qəsd bombaçısı tərəfindən öldürüldü. O zaman onun oğlu Ahmad Masudun cəmi 12 yaşı vardı.

Buna da bax: 11 Sentyabr qurbanlarının ölkələr üzrə xəritəsi [infoqrafika]

O zaman onun oğlu Ahmad Masudun cəmi 12 yaşı vardı.

Ahmad Shah Masud bundan başqa həm də 10 il ərzində sovet işğalçılarına qarşı vuruşmuşdu. Buna görə də onun qətli artıq Talibanın nəzarətində olan Əfqanıstanda ABŞ-ın təbii müttəfiqinin aradan götürülməsi demək idi. İki gün sonra Əl-Qaida ABŞ-a qarşı 11 sentyabr hücumunu həyata keçirdi.

Baş verən bu təlatümlü hadisələr gənc Ahmad Masudu ictimaiyyətin qarşısına çıxardı. Atasının Kabulun şimalında, Pəncşir vadisində keçirilmiş dəfn mərasimi zamanı o, ilk dəfə cəmiyyətin qarşısına çıxdı. Yüz minlərlə tərəfdarının qatıldığı tacik əsilli səhra komandirin dəfni tarixi hadisəyə çevrildi.

Atasının Kabulun şimalında, Pəncşir vadisində keçirilmiş dəfn mərasimi zamanı o, ilk dəfə cəmiyyətin qarşısına çıxdı.

O zaman Pəncşir vadisi Əfqanıstanın Talibanın nəzarətində olmayan azsaylı ərazilərindən biri idi. Atasının tabutu yanında təmkin və ləyaqətlə dayanmış 12 yaşlı Masud öz çıxışında belə dedi: "Mən atamın yolunu davam etdirmək istəyirəm. Mən ölkəmizin müstəqilliyini təmin etmək istəyirəm. Mən atamın davamçısı olmaq istəyirəm". Onun bu sözləri kütləni həyəcanlandırdı.

O zamandan bəri, bir çox əfqan əfsanəvi milli qəhrəmanın oğlu Ahmad Masudu Əfqanıstanın gələcəyi üçün ümid yeri kimi görür.

Buna da bax: ABŞ Konqresi “Səudiyyəni hiddətləndirən qanunu” qəbul etdi

Bu gün, 15 il sonra, o, o zaman içdiyi anda sadiq olduğunu deyir. O deyir ki, Əfqanıstanı, liderləri xalqın demokratik seçkilərdə seçdiyi "birləşmiş və azad ölkəyə" çevirmək istəyir.

İndi 27 yaşı olan Masud Londonun Kral Kollecində beynəlxalq münasibətlər ixtisası üzrə dərəcəsini başa vurmaq üzrədir.

O, Əfqanıstanı "birləşmiş və azad ölkəyə" çevirmək istəyir.

Hər il sentyabrın 9-u

Ancaq o, hər il sentyabrın 9-u milli bayram kimi qeyd edilən Masud Günündə ailəsi ilə birlikdə vaxt keçirmək üçün Əfqanıstana qayıdır. Hər il Masud Günündən sonra Şəhidlər Həftəsi başlayır. Bu zaman 30 ildən çox davam edən müharibənin qurbanları yad edilir.

Buna da bax: "Fərqli xəbərlər"in 11 sentyabr xəbər buraxılışı

Atasını "şəhid" adlandıran Ahmad Masud RFE/RL-ə deyib ki, onun Əfqanıstanla bağlı arzularından ən azı biri həyata keçməyə başlayıb.

"Nəticələrindən asılı olmayaraq, son illərdə Əfqanıstanda keçirilən seçkilər, sadəcə seçkinin keçirilməsi faktının özü, demokratiyanın əsas amillərindən biridir. Bu onu göstərir ki, Şəhidin arzularından biri yavaş-yavaş həyata keçməkdədir", Masud RFE/RL-ə deyib.

O, Londonda təhsilini başa vurandan sonra birdəfəlik Əfqanıstana qayıdacağını deyir.

Ancaq Ahmad Masud Əfqanıstan hökumətini xalqı silahlı hücumlardan, etnik qarşıdurmadan və məzhəb zorakılığından qoruya bilmədiyinə, habelə gənclərin ölkədən getməsinin qarşısını almaq üçün iqtisadi imkanlar yaratmadığına görə tənqid edib.

"Sözsüz ki, bu hallar və emiqrasiya məyusedicidir", o deyib. gənc nəsil vəziyyəti o qədər dəhşətli görür ki, ölkədən getmək üçün əllərindən gələni edirlər

Gənc nəsil ölkədən getmək üçün əllərindən gələni edirlər

Masudun sözlərinə görə o, Əfqanıstanı tərk edən qaçqınların "öz vətənlərini sevdiklərini" düşünür.

Buna da bax: ABŞ boyunca 11 sentyabr anılıb

Ancaq, onun sözlərinə görə hökumət milyonlarla əfqanın ölkədən kütləvi axınına son qoymaq istəyirsə, "təhlükə ilə mübarizə aparmaq, təhlükəsizlik və sabitlik gətirmək" üçün daha çox iş görməlidir.

"Mən ümid edirəm ki, hökumət iş yerləri yaratmaq planını ortaya qoyacaq. emiqrasiyanın mühüm səbəblərindən biri insanların daha yaxşı həyat, daha sabit gələcək axtarışında olmasıdır. Bunu hamısı iş və təhlükəsizlik məsələlərinə gedib çıxır", Ahmad Masud deyir.

Masudun özünə gəlincə, o, Londonda təhsilini başa vurandan sonra birdəfəlik Əfqanıstana qayıdacağını deyir.

O, Əfqanıstana bağlıdır və ölkə xaricində heç bir əmlakı yoxdur...

O deyir ki, universitetdə oxumasının məqsədi də "geri qayıtmaq" və atasının dəfnində verdiyi vədi yerinə yetirməkdir.

Onun sözlərinə görə o, tamamilə Əfqanıstana bağlıdır və ölkə xaricində heç bir əmlakı yoxdur.

Siyasi ambisiyaları barədə danışan Masud deyir ki, "əfqan xalqının iradəsi ilə olsa" dövlət vəzifəsinə gələ bilər.

Masudun sözlərinə görə seçkiləri uduzacağı təqdirdə yenə də Əfqanıstanda qalıb müəllim işləyəcək.

Buna da bax:

Dünyanı dəyişən 11 Sentyabr görüntüləri
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG