Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

Azərbaycanlı gitaraçı Ukraynanı coşdurdu- [Video]


Çingiz Mustafayev
Çingiz Mustafayev

►“Mən Azərbaycanda qazı, işığı, interneti olmayan bir kənddə doğulmuşam”

Bu sözləri fevralın 28-də keçirilən “O səs-Ukrayna “ yarışmasına qatılan gitaraçı- müğənni Çingiz Mustafayev səsləndirib.

Onun sözlərinə görə, 13 yaşı olanda atası dünyadan köçüb:

“Və musiqiyə olan tutqumu görən anam bütün qızıllarını satıb mənə gitara aldı”.

Artıq başlanğıcla diqqətləri özünə çəkən Çingiz anasına canlı yayımdan salam da göndərib və doğma dildə: “Səni sevirəm, ana” -deyə səslənib.

Maraqlıdır ki, yarışmada Çingiz oxuduğu mahnının (“Bamboleo”) ancaq girişini səsləndirməyə macal tapıb.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Tərslikdən onun gitarasının simi sınıb və müğənni: “bu ki, şoudur...”-deyərək mahnını azacıq aradan sonra orkestrin gitaraçısının müşayiətiylə davam etdirib.

Buna baxmayaraq münsiflərin dördü də ona tərəf çevrilib.

Münsiflərdən birinin “Mən 4 dəfə Bakıda olmuşam” atmacasına Çingiz Mustafayevin: “Necədir oralar?”-sualı belə cavablanıb: “Tezliklə Dubayı ötüb keçəcək!”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG