Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Nyu Yorkda törədilmiş partlayışın şübhəlisi həbs edilib


Əhməd Xan Rahami

Əhməd Xan Rahami

Polis ötən həftəsonu Nyu York şəhərində bomba partlayışı törətməkdə və Nyu Cersidə bomba yerləşdirməkdə şübhəli bilinən Əfqanıstan əsilli ABŞ vətəndaşı Əhməd Xan Rahamini həbs edib.

Bu partlayış nəticəsində 29 nəfər yaralanmışdı.

Reuters xəbər verir 28 yaşlı Rahami həbs edilərkən baş vermiş atışmada iki polis zabiti və onun özü yaralanıb.

Nyu Cersidə həbs edilən şübhəli xəstəxanaya yerləşdirilib.

Bu bomba hücumu dünya liderlərinin Nyu Yorkda keçirilən BMT illik Baş Assambleyasına toplaşdığı bir vaxtda həyata keçirilmişdi.

Nyu Yorkda kameraya düşən şübhəli axtarışda idi

Nyu Yorkda kameraya düşən şübhəli axtarışda idi

Federal Təhqiqatlar Bürosunun xəfiyyəsi William Sweeney deyib ki, hücumun motivləri hələlik tam bəlli deyil, lakin bu ərazidə hər hansı ekstremist qrupun fəaliyyət göstərməsinə dəlalət edən əlamətlər yoxdur.

Sweeney deyib ki, hazırda bu hadisə ilə əlaqədar başqa heç kim axtarışda deyil.

Xəfiyyə bildirib ki, ötən həftəsonu şübhəli qismində saxlanan beş nəfər ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Polisin məlumatına görə bu hücumun xarici terror təşkilatları ilə mümkün əlaqələri araşdırılır.

Reuters yazır ki, polisə Linden qəsəbəsindən zəng edən bir nəfər şübhəlinin bir qapının kandarında yatdığını xəbər verib.

Həbs olunarkən müqavimət göstərən Rahami polisə atəş açaraq onu qarnından yaralayıb. Polis nəfəri güllə keçirməyən jilet geyinmişdi.

Rahami həmçinin polis maşınının pəncərəsinə atəş açaraq daha bir əməkdaşı yaralayıb.

Şahidlər bildirirlər Rahaminin ailəsi Əfqanıstan mənşəli olsa da, “amerikanlaşmış” hesab olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG