Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:08

-

Nurçu təriqətini yaymaqda təqsirləndirilərək ötən il oktyabrın 7-də həbs olunan beş nəfərdən üçü - Zəkəriyyə Məmmədov, Şahin Həsənov və Rəvan Səbzəliyev aprelin 19-da məhkəmə zalından azadlığa buraxılıb.

Digər iki nəfər - Eldəniz Hacıyev və İsmayıl Məmmədova verilən 5 il 6 aylıq həbs cəzasının müddəti 2 il 6 aya endirilib.

Bu barədə Bakı Apellyasiya Məhkəməsində Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası qərar qəbul edib.

"Nurçu" kimi təqdim olunan təqsirləndirilən şəxslər məhkəmədə çıxışlarında günahsız olduqlarını bildiriblər.

"MƏZLUM OLARAQ HƏBSƏ DÜŞMƏK"

"Qanun adına qanunsuzluq edənlərin verdiyi ittihamı da, çıxardığı hökmü də əsassız hesab edirəm. Əlinizdən gəlirsə, məni vicdanla məhkum edin. Mən zalım olaraq keflə yaşamaqdansa, məzlum olaraq haqsızlığa qarşı mübarizə aparıb həbsə düşməyi üstün tuturam", - İsmayıl Məmmədov bildirib.

Vəkil Yalçın İmanov isə bu cinayət işini "keçmiş MTN-in uydurması" adlandırıb: "Bu, MTN-in əl işidi. MTN-in də hansı prinsiplərlə işlədiyi hamıya məlum oldu".

Yalçın İmanov deyir ki, bu adamlar, faktiki, kitab oxuduqlarına görə cəzalandırılıblar:

"Bu işin ittiham aktı və hökmü o qədər absurd və qanundan kənardır ki, adam oxuyanda heyrətə gəlir. Faktiki, hüquq-mühafizə orqanları və məhkəmə adamların kitab oxumasını kriminal əməl kimi qiymətləndiriblər. Bu adamları bir evə yığışıb, avtomobilləri ilə evin qarşısında tıxac yaratmaqda günahlandırırlar. Müdafiəçisi olduğum Rəvan Səbzəliyevin, ümumiyyətlə, avtomobili yoxdur. Bu adam 2 il 7 aydır ki, belə absurd ittihamlarla cinayət təqibi altındadır".

Digər vəkil Əsabəli Mustafayev bildirib ki, ekspertiza təqsirləndirilən şəxslərdən aşkarlanmış dini kitabların qadağan olunmuş nəşrlər siyahısında olmadığı barədə rəy verib. Rəydə yazılıb ki, bu kitablarda milli, dini düşmənçilik yayan məlumatlar aşkarlanmayıb.

3 GÜN HƏBSDƏ QANUNSUZ SAXLANIBLAR

Vəkil həmçinin təqsirləndirilən şəxslərin məhkəmə qərarı olmadan həbsdə saxlanıldıqlarını vurğulayıb: "Yasamal Rayon Məhkəməsində ötən il oktyabrın 7-də hökm çıxarılana qədər bu adamların barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmişdi. Məhkəmənin hökmü ilə onlara azadlıqdan məhrumetmə cəzası verilir və məhkəmə zalında həbs olunurlar. Amma hökmdə onların barəsində qətimkan tədbirinin dəyişdirilməsi barədə heç nə olmur. Sonradan hakimin yadına düşür və oktyabrın 9-da bir də əlavə iclas keçirib, təqsirləndirilən şəxslər barəsindəki iltizam-qətimkan tədbirinin həbslə əvəz olunmasına qərar verir. Beləliklə, bu adamlar 3 gün heç bir qanuni qərar olmadan təcridxanada həbsdə saxlanılıblar. Bu, vətəndaşın azadlıq və şəxsi toxunulmazlıq hüququnun kobud şəkildə pozulmasıdır".

Bir saata yaxın davam edən müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, Rəvan Səbzəliyevin çəkdiyi cəza yetərli hesab olunub. Zəkəriyyə Məmmədov və Şahin Həsənovun cəzası 3 il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılıb. İsmayıl Həsənov və Eldəniz Məmmədovun cəzası isə 2 il 6 aya endirilib.

Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: "Onların heç bir günahı yoxdur və biz bəraət almaqda israrlıyıq".

Xatırladaq ki, mühakimə olunan beş nəfər iş materiallarında "klassik nurçu" kimi təqdim olunub. Onlar CM-nin 167-2.2.1-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq dini təyinatlı ədəbiyyat və dini məzmunlu digər materiallar yayma) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddələri ilə ittiham olunub. Yasamal Rayon Məhkəməsinin hökmü ilə Rəvan Fərzəliyev 1 il 6 ay, İsmayıl Məmmədov 5 il 6 ay, Eldəniz Hacıyev 4 il 6 ay, Zəkəriyyə Məmmədov və Şahin Həsənovun hər biri isə 5 il azadlıqdan məhrum edilmiş və həmin hökmdən apellyasiya şikayəti verilmişdi.

Buna da bax: Əfqanıstanda partlayış: 200 yaralı var

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Lavrov yenə Qarabağa görə gəlir, bu dəfə nə gətirir?
Azərbaycan nə istehsal etməlidir ki, iqtisadiyyat dirçəlsin?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Əliyevlər "Panama Papers"də.... (DETALLAR, VİDEO)

Günün bütün mövzuları

XS
SM
MD
LG