Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

Nazir müavini: ''Nurçular'ın Silahlı Qüvvələrimizə təsiri istisna edilir'


Kursantlar

Kursantlar

«2000-ci illərdən Türkiyənin müəllim və təlimatçıları ordumuzda çalışmır. Azərbaycandan kənarda, qardaş Türkiyədə, o cümlədən digər dövlətlərdə təhsil alan hərbi qulluqçularımızla həmin ölkələrdəki hərbi attaşelik aparatlarımız, səfirliklərimiz mütəmadi əlaqə saxlayır və onların fəaliyyətləri daim nəzarətdədir. Bu səbəbdən də Azərbaycanlı kursantların Türkiyədə baş verən son hadisələrdə adlarının hallandırılmasının heç bir əsası yoxdur».

Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev bunu APA-nın sorğusuna cavab olaraq deyib. O, Türkiyə Ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərənləri düzgün saymayıb: ««Nurçular» və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi istisna edilir və bunun üçün heç bir zəmin yoxdur. Bu kimi məsələlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq, eləcə də müvafiq təhlükəsizlik orqanları tərəfindən bu sahədə ehtimal olunan hər hansı cəhdin qarşısı isə dərhal və birdəfəlik alınacaq».

Buna da bax - Gülen hərəkatı və Türkiyə dövləti: toqquşmanın səbəbi nədir?

K.Vəliyev Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini bildirib: «Bu əməkdaşlığa xələl gətirmək məqsədi güdən istənilən səy və müdaxilənin qarşısı istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən qətiyyətlə alınacaq».

Türkiyə hakimiyyəti hesab edir ki, bu günlər hazırda ABŞ-da yaşayan nurçu lider Fethullah Gülen-in ordudakı tərəfdarları dövlət çevrilişinə cəhd ediblər. Bundan sonra Türkiyə ordusunda və dövlət strukturlarında kütləvi həbslər, işdən çıxarılmalar başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG