Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:02

Fetullah Gülen hərəkatı kimlərə xidmət etdiyini açıqladı


Turkey -- Religious scholar Fethullah Gulen, undated
Turkey -- Religious scholar Fethullah Gulen, undated
Türkiyə mətbuatında “Gülen camaatı-iqtidar əlaqələri” ilə bağlı qalmaqal davam edir. Bu günlərdə Gülən hərəkatına yaxınlığı ilə tanınan Qazeteçiler və Yazarlar Vəqfinin internet saytında "Gündəmə dair önəmli açıqlamalar" başlığı ilə bir material yer alıb.


Yazıda qeyd olunur ki, son vaxtlar ictimaiyyətdə “camaat-siyasət münasibətləri” kimi müxtəlif başlıqlar altında fərqli baxışlar ortaya atılmaqdadır.

Deyilir ki, ”Fethullah Gülenin düşüncə dünyasından ilham alan və özünü “Xidmət” adlandıran hərəkatı ilə bağlı debatlar yalnız Türkiyədə aparılmır. Neçə illərdir ki, bir çox ölkələrdə hər səviyyədə (qəzet, jurnal universitet, konfrans və s) bu məsələ ətrafında müzakirələr gedir".

Açıqlama müəllifləri qedye dirlər ki, "Türkiyənin uzun illər qapalı bir toplum olaraq yaşaması nəticəsində burada şəffaf debat ortamı yetişməyib. Nəticədə dinlə əlaqədar mübahisənin əsas ünsürləri olan “təriqət”, “iman”, “camaat” kimi terminlərin heç birisinin anlamı doğru-düzgün tanıdılmır. Buna görə də “Xidmət”lə bağlı bəzi məsələləri açıqlamaq vaxtı çatıb".


"GÜLEN HƏRƏKATI - "XİDMƏT" NECƏ TƏŞKİL OLUNUR?"

Yazıda bu suala belə cavab verilir: "Xidmət - ilhamını inancdan alan, qlobal insani dəyərlər çərçivəsində birlikdə yaşamaq mədəniyyətini inkişaf etdirməyi hədəfləyən, könüllülərdən ibarət sivil toplum hərəkatıdır. Buradakı könüllülər gördükləri işin əvəzində siyasi, maddi qazanc və ya başqa bir şey gözləyərlərsə, bu, görülən xidmətlərin təməl ruhuna təhqir sayılar".

Deyilir ki, ”Xidmət” - sivil bir hərəkatdır. Heç bir rəsmi proqramın, siyasətin bir hissəsi deyil. Ona görə də “Xidmət”i bir siyasi partiyanın ortağı, gizli dəstəkləyicisi kimi qələmə vermək bu hərəkatın qəbul etməyəcəyi bir durumdur. “Xidmət” – şiddət və terror kimi qlobal hüququn rədd etdiyi üsullara baş vurmayan siyasi hərəkatlara hörmətlə yanaşır. Ancaq bu partiyaların hər hansı birisiylə rəsmən birləşməyi, yaxud digərinə qarşı əks cəbhəyə keçməyi öz maraqlarına uyğun bilmir".

Hərəkatın bıyanatında o da deyilir ki, "“Xidmət”in mərkəzinin Türkiyə olması haqqında nəticə çıxartmaq düz deyil. Tarixi və sosioloji baxımdan əlbəttə ki, bu hərəkat Türkiyə qaynaqlıdır, amma onun dəyərləri qlobaldır”.


"XİDMƏT HANSI SİYASİ PARTİYALARI DƏSTƏKLƏYİR?"

Yazıda bildirilir ki, “Xidmət” ona etibar edən insanlara kimlərəsə səs vermək haqqında göstəriş vermir. Ancaq bəzi könüllülər hərəkatın üstünlük verdiyi dəyərlərdən çıxış edərək özləri üçün siyasi nəticələr çıxarırlar. Məsələn, bu hərəkata olan insanlar heç vaxt demokratiyanı bir sektaya çevirmək istəyənlərə dəstək verə bilməzlər.
“Xidmət” ancaq bu partiyalara dəstək verə bilər ki: onlar demokratikləşmə, dini azadlıqları qorumaq, başda Avropa Birliyi olmaqla mötəbər beynəlxalq standartlara çatmaq, hüququn aliliyi, insan haqları və azadlıqlarının müdafiəsi uğrunda çalışan qurum olsunlar".


Açıqlama müəllifləri bildirirlər ki, ""Xidmət" həmişə sivil və demokratik Türkiyə uğrunda bütün imkanlarını səfərbər edib. Kürd problemi və bəzi təməl islahatların gerçəkləşməsi məsələsinə dəstək verib. Ancaq siyasi iqtidarı paylaşma və ya iqtidara sahib olmaq kimi bir hədəfi olmayıb".


"XİDMƏT" VƏ ERDOGAN

Gülen hərəkatının AKP ilə əlaqələrinə gəlincə, yazıda bu partiya nın ürkiyə üçün böyük işlər gördüyü vurğulanır: “AKP ilə son 10 ildə Türkiyədə demokratikləşmə, hüququn üstünlüyü, insan haqları və azadlıqlarının müdafiəsi məsələsində ciddi addımların atılması reallıqdır. Bu məsələdə AKP-nin xidmətni görməmək haqsızlıq olar. Bu gün “Xidmət” hərəkatı da bu hədəflərin gerçəkləşdirilməsindən başqa heç bir şey tələb etmir.

Açıqlamada deyilir ki,"Fethullah Gülenin özü də 40 ildən çox müddətdə etdiyi çıxışlarda, yazılarında yalnız hüququn aliliyindən söz açıb, demokratiyanın dönməz bir yol olduğunu vurğulayıb. Onun fikirlərini analiz etsəniz , görərsiniz ki, Fethullah Gülen milləti və dövləti böhrana sala biləcək ən kiçik bir davranışlara ən böyük günah kimi yanaşır. O, ictimai və siyasi böhranlara yol aça biləcək hər cür fikirləri rədd edər, insanlara gözəl əxlaqı dərs verər, məscid kürsülərində “döyənə əlsiz, söyənə dilsiz" olmağı tövsiyə edər. Daha açıq desək, millətinin salamat qalması üçün siyasi məsələlərdən nəinki böhran yaradar, əksinə hər kəsdən şəxsi fədakarlıq göstərməyi xahiş edər".

Bəyanatda iddia olunur ki, "dövlət sistemində də “Xidmət” hərəkatına qoşulan insanların olması təbiidir. Bu adamların öz vəzifələrini yerinə yetirməsini “dövləti ələ keçirtmək” şəklində qələmə verilməsi insafsızlıqdır".

Gülen hərəkatına qarşı çıxan jurnalistlərin həbsə atılması iddiasına gəlincə, açıqlamada deyilir ki "Xidmət həmişə söz azadlığının tərəfdarı kimi çıxış edib. Bunu iddia edənlər unutmasınlar ki, Türkiyədə “Xidmət”i və Fethullah Güleni ən ağır formada tənqid edən onlarca kitab dərc edilib və hər gün bu mövzuda müxtəlif məqalələr qələmə alınır".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG