Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:33

‘FETÖ’çuların Azərbaycandakı tərəfdarlarının hamısı üzə çıxarılacaq’


Fetullah Gülen
Fetullah Gülen

«"FETÖ" təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər. «FETÖ»çuların buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq»

APA-nın xəbərinə görə, bunu jurnalistlərə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı baş verən hadisələri şərh edərkən deyib.

Buna da bax: Əli Kərimli ona qarşı "Gülençi" ittihamları barədə

«Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaq. Düşünürəm ki, bu proseslərdə də bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir», - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.

Türkiyə iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin arxasında Fetullah Gülenin dayandığını bildirir. Gülen bunu təkzib edir.

Türkiyədə baş verən kütləvi həbslər və işdən çıxarmalardan sonra Azərbaycanda F. Gülenin müsahibəsini anons edən ANS telekanalı, Qafqaz Universiteti, Zaman-Azərbaycan qəzeti və saytı bağlanıb. Avqustun 19-da Respublika Prokurorluğu «Gülen camaatı» ilə əlaqədə ittiham olunan 3 nəfəri saxladığı haqda məlumat yayıb.

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

Prokurorluq bildirir ki, onlardan biri AXCP Xətai rayon Gənclər Təşkilatının sədri Fuad Əhmədlidir.

Avqustun 20-də isə «Azadlıq» qəzetinin yayım işləri üzrə müavini, AXCP sədrinin köməkçisi Faiq Əmirli şübhəli şəxs kimi saxlanılıb. Onun maşınından F. Gülenin kitabları çıxıb. F. Əmirlinin vəkili A. Layıcov kitabların maşına qəsdən qoyulduğunu, F. Əmirlinin kitablardan xəbəri olmadığını bildirib.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

AXCP müxalifətin FETÖ ilə əlaqələndirilməsini gülünc və hökumətin səriştəsiz təxribatı adlandırıb. Partiyanın sədri Əli Kərimli deyib ki, bütün bunlar sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərlə bağlı referendumla əlaqədar AXCP və Milli Şuranın planlaşdırdığı mitinqlərə görədir.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG