Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

-

Ermənistandakı siyasi qüvvələrin rəhbərləri prezidentlərin Sankt-Peterburq görüşünün nəticələri ilə bağlı fikirlərini Azadlıq Radiosunin erməni xismətinə deyiblər.

Hakim Respublikaçılar partiyasının mətbuat katibi Eduard Sharmazanov üç ölkə prezidentinin Peterburq görüşünü faydalı və ümidverici hesab edir.

"Bu, ...konstruktiv və faydalı bir görüş idi. Çünki görüş ərəfəsində Əliyevin absurd bəyanatlar verməsini nəzərə alsaq, Ermənistanda heç kim bu görüşdən ciddi, sürətli bir inkişaf gözləmirdi. ...Biz müharibənin bərpasına yox, ...sülhə doğru kiçik də olsa addım atmışıq. Bu gün bizim məqsədimiz inkişafı təmin etmək yox, döyüş xəttində müharibənin yenidən qızışmasının qarşısını almaqdır," deyə Eduard Sharmazanov bildirib.

"Erməni milli konqresi" parlament fraksiyasının rəhbəri Levon Zurabyanın sözlərinə görə danışıqlara qiymət vermək üçün onların haqqında çox az şey məlumdur.

Zurabyanın fikrincə verilən məlumatlar da daha çox "bu diplomatik prosesin detallarını gizlətmək" məqsədi daşıyır. "Bir şey aydın görünür: ...cəbhə xəttində təhlükəli vəziyyət qalmaqdadır və bu daha çox hərbi-strateji tarazlığın dəyişməsi ilə bağlıdır. Bu təhlükəli vəziyyətdən yan keçmək üçün ciddi səylər göstərilir," deyə o bildirib.

Vyana görüşündə prezidentlər münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması və atəşkəsin pozulması hallarını araşdırma mexanizmlərin yaradılması barədə razılığa gəlmişdilər. Sankt-Peterburq görüşünün yekununda verilmiş bəyanatlarda isə bu mexanizmlərdən söhbət getmir.

Siyasətçilər bunun geriləmə olub-olmadığı barədə suala tutarlı bir cavab verə bilməyiblər.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG