Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:54

Norveç Finlandiyaya dağ hədiyyə etməyəcək


Norveçin baş naziri Erna Solberg (solda)

Norveçin baş naziri Erna Solberg (solda)

Norveç hökuməti gələn il Rusiyadan müstəqilliyinin 100-cü ilini qeyd etməyə hazırlaşan qonşusu Finlandiyaya Halti dağının zirvəsinin hədiyyə edilməsi çağırışlarını rədd edib.

Bir müddət əvvəl sosial şəbəkələrdə iki ölkənin sərhədində yerləşən dağın Finlandiyaya verilməsi üçün kampaniyaya başlanmışdı.

Ancaq Norveçin baş naziri Erna Solberg bildirib ki, Konstitusiya torpaqdan hədiyyə edilməsinə icazə vermir.

Halti dağının bir hissəsi Finlandiyada yerləşir. Ancaq 1330 metr hündürlükdə olan zirvəsi sərhəddən 20 metr o tərəfdə, Norveç sərhədləri daxilindədir.

Sosial şəbəkələrdəki kampaniyada sərhədin sürüşdürülməsi tövsiyə edilirdi. Bunun Finlandiyaya müstəqilliklə bağlı ən yaxşı hədiyyə olacağı bildirilirdi. Kampaniyanın təşkilatçıları Norveçin daha yüksək zirvələrinin olduğunu, bunu ciddi bir torpaq itkisi olmayacağını irəli sürürdü.

Ancaq Norveçin baş naziri Solberg bu kampaniyanı dəstəkləyən Kaafjord bələdiyyə sədri Svein Leirosa göndərdiy məktubda 1814-cü ildə hazırlanmış Norveç Konstitusiyasının ölkənin toxunulmazlığının əsas götürdüyünü xatırladıb. Baş nazir deyib ki, Finlandiyaya başqa bir hədiyyə veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG