Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14

►“Sanki hakimiyyətdə Azərbaycanın tarixini silməyə oturublar.

Bakıdakı söküntülərdən sonra növbə rayonlara çatıb. İndi də burda Nizaminin heykəlini götürüb yerində nəsə tikirlər. Hər yeri satıb yedilər, indi də heykəllərə əl atıblar. Əllərini heykəllərdən çəksinlər”.

Lənkəran sakini Nemət Hüseynov Nizami Gəncəvinin heykəlinin və şairin adını daşıyan tarixi memarlıq abidəsinin söküldüyünü deyir. Burası dövlət tərəfindən mühafizəyə götürülmüş abidələrin siyahısındadır.

“ÜSTÜNDƏN 3 GÜN KEÇMƏDİ”

“82 yaşım, nəvə-nəticələrim var. Elə bu yaxınlarda 6 yaşlı nəticələrimə həmin heykəli göstərib Nizami haqqında danışmışdım. Heç üstündən 3 gün keçmədi, heykəlin yanından ötəndə gördüm ki, hasarlanıb. Məlum oldu ki, yer kiməsə satılıb. Söküb yerində şadlıq evi tikəcəklər. Məncə, o şadlıq evində toy eləyəni Nizaminin ruhu bağışlamaz”, Nemət Hüseynov deyir.

“Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi də abidə ətrafında baş verənlərlə bağlı həyəcan təbili çalıb. Birliyin sədri Fəxrəddin Gözəlovun sözlərinə görə, tarixi memarlıq abidəsi “Neon-111” MMC tərəfindən sökülərək məhv edilib:

“Nizami adına kinoteatrın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb. Bina heç bir hüquq müəyyənedici sənəd olmadan “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb, yerində “Neon” şadlıq sarayı tikilir. Kinoteatrın qarşısındakı Nizami Gəncəvinin heykəli də sökülüb”.

____________________________________________________________

Bunlara da bax:
«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»
Abid Şrifov: 'Onlar guya tarixi abidədir'

____________________________________________________________

TİKİNTİ DAYANDIRILIB?

Lənkəran şəhər icra hakimiyyəti Nizaminin heykəli ətrafında baş verənlərlə bağlı AzadlıqRadiosunun sorğusunu cavablandırmasa da, təşkilatın sorğusuna cavab verib.

İcra başçısı Taleh Qaraşov tərəfindən ünvanlanan cavabda bildirilib ki, bina Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılıb və “Neon-111” MMC tərəfindən satın alınıb.

“Neon-111” MMC tərəfindən sözügedən tikili sökülüb və yerində qeyri-yaşayış obyekti üçün tikinti işləri aparılıb. Mədəniyyət və Turizm Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılıb. Məktubda belə deyilir.

Amma “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyi iddia edir ki, apardığı monitorinqlər tikinti işlərinin hələ də dayandırılmadığını göstərir.

Buna da bax: "Sovetski"də söküntüyə etiraz edəni polis apardı

Siz də şikayətinizi buradan göndərə bilərsiz

Hazırda texniki profilaktika aparılır. Şərh yaza bilməzsiniz. Bir neçə dəqiqədən sonra cəhd edin.

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG