Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:21

Niyə Nigeriyanın da pulu manatdan güclüdür?


1 dollara bərabər naira əskinası
1 dollara bərabər naira əskinası

Neftlə zəngin Nigeriyanın prezidenti Muhammadu Buhari işarə edib ki, ölkənin milli valyutası – naira gələn il devalvasiya edilə bilər.

Neftlə zəngin Nigeriyanın prezidenti Muhammadu Buhari işarə edib ki, ölkənin milli valyutası – naira gələn il devalvasiya edilə bilər.

Prezident bildirib ki, hazırda Nigeriyanın Mərkəzi Bankı xarici valyuta mübadiləsinin tənzimlənməsi və ölkəyə əlavə valyuta axınının cəlb edilməsi mexanizmləri üzərində işləyir.

Buhari bu bəyanatı paytaxt Abucada 2016-cı il üçün büdcəni qəbul edən millət vəkilləri qarşısında etdiyi çıxışda səsləndirib.

“Mən nigeriyalıların ağrısını bilirəm, lakin…”

“Mən bilirəm ki, bir çox nigeriyalılar hazırda müxtəlif ehtiyacları üçün xarici valyutaya çıxış tapmaqda çətinlik çəkirlər, - deyib prezident, - Ölkədə aşkar şəkildə xarici valyuta mübadiləsinin uyğunsuzluqları mövcuddur”.

Prezident Buhari
Prezident Buhari

O etiraf edib ki, milli valyutanın və inflyasiyanın cilovlanması üçün nəzarət həyata keçirilir.

Buhari həmçinin deyib ki, investorların, bizneslərin, sənayeçilərin, adi fermer, tacir və sahibkarların “ağrısını başa düşür, lakin hazırkı status quo davam edə bilməz”.

Hazırda bir dollar 197-199 nairadır, lakin milli pulun dəyəri, düşən neft qiymətlərinə görə təzyiq altındadır.

Bununla əlaqədar bir sıra xarici investorlar, o cümlədən Aberdeen Asset Management Plc və Morgan Stanley naira bondlarını və səhmlərini satıb qurtarmağa çalışırlar.

Manat və parlament seçkisi

Ekspertlər nairanın sərbəst buraxılacağı günün 4 yanvar olduğunu söyləyirlər.

Nigeriya mediası ehtimal edir ki, Azərbaycan hakimiyyəti manatın devalvasiyasını parlament seçkilərinə görə ləngidib

Bu onunla əlaqədardır ki, böyük xristian əhalisi olan ölkə Milad bayramını ağrısız qeyd edə bilsin.

Nigeriya mediası ehtimal edir ki, Azərbaycan hakimiyyəti manatın devalvasiyasını parlament seçkilərinə görə ləngidib.

Londonda mənzillənmiş Standard Chartered qrupunun Afrika şöbəsinin rəhbəri Razia Khan deyib ki, naira birinci rübdə 220, ikinci rübdə isə 228 həddinə çatacaq.

Allafrica.com saytı isə yazır ki, Nigeriya Mərkəzi Bankının hərəkətə gəlməsinə Azərbaycanda baş verən devalvasiya birbaşa təkan verib.

Nigeriya ekspertləri deyirlər ki, nairanın məzənnədən düşməsi səbəbi Qazaxıstan tengesi və Azərbaycan manatının ucuzlaşması səbəbi ilə eynidir.

Hələ “Günəşli” faciəsi yada düşmür

Bununla belə, Nigeriya mediası işarə edir ki, naira devalvasiyanı manatdan xeyli rahat yaşayacaq. Beləki neftdən gələn gəlirlər Nigeriyanın ÜDM-ində (ölkənin dolanışığında) cəmi 10 faiz təşkil edir.

Azərbaycan ÜDM-nin isə 36 faizi neftdən gəlir. Neft gəlirindən asılı olan ölkələrin Dünya Bankı tərəfindən tərtib edilmiş diaqramında Azərbaycan ilk yeddiliyə daxildir. Lakin məsələ də burasındadır ki, Azərbaycanın bu yeddiliyə daxil – Küveyt, Liviya, Səudiyyə, İraq, Anqola və Oman qədər nefti yoxdur.

Bu mənada hətta Rusiyanın (ÜDM-in 14 faizi) və Qazaxıstanın (ÜDM-in 25 faizi) da, yəni rubl və tengenin də mövqeləri manatdan möhkəmdir.

Təhlilçilər vurğulayırlar ki, manatın yarıbayarı ucuzlaşmasının yaratdığı şok sanki “Günəşli” yatağındakı faciəni kölgədə qoyub. Halbuki “Günəşli” Azərbaycan neftinin 60-65 faizini verən yataqdır.

Üstəlik neft 1 barrel üçün 40 dollardan ucuz olsa da, Azərbaycan büdcəsi 50 dollar hesabından tutulub.

Manatın daha bir devalvasiyasını proqnozlaşdıranlar bütün bu faktorları nəzərə alırlar.

XS
SM
MD
LG