Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:55

Yazıçı Zümrüd Yağmurun kitabı satışdan yığışdırılıb


Yazıçı Zümrüd Yağmur
Yazıçı Zümrüd Yağmur

-

Yazıçı Zümrüd Yağmurun sonuncu kitabı "Ölkə adı: 22" satışdan yığışdırılıb. Bu haqda yazıçı özü Oxu Zalına məlumat verib. Bundan öncəki kitabları da birbaşa ya da dolayı olaraq siyasi mövzulara toxunan yazıçının son kitabı "Ölkə adı: 22" 2016-cı ilin mart ayında çıxıb. Yazıçı romanı haqda deyir ki, "

Zümrüd Yağmurun satışdan yığışdırılmış kitabı, "Ölkə adı: 22" romanı
Zümrüd Yağmurun satışdan yığışdırılmış kitabı, "Ölkə adı: 22" romanı

"Bu əsər antiutopik üslübda yazılıb və ölkədəki durumu xəyali bir adaya köçürərərək, əslində Azərbaycanda baş verənləri dolayı yolla təqdim edib. Dediyim kimi əsər xəyali bir adada baş verir, amma adanın təsvirindən onun Azərbaycanın xəritəsi olduğunu açıq göstərir. Əsərdə diktator rejimində ac və tam olaraq haqqı əlindən alınmış bir xalqın adada cəzalandırılaraq saxlanılmasından, bir xalqın nümayəndələrinin bu kimi rejimlərdə mənəvi keyfiyyətlərini itirərək hər cür yaramazlığı özünə rəva görməsinin ən adi və aşağı cəhələri təsvir olunub

Diktatorun bir xalqın haqqı, hiss və duyğularına, mənəviyyat və əxlaqına təcavüz etməsidə məhz elə o xalqın köləliyinin səbəb olması içində yaşadığımız ölkəni təsvir etmək üçün priyom kimi istifadə olunub.

Azərbaycan xalqının ancaq yaxşı yemək və ən xırda məişət tələbatlarını gerçəkləşdirmək üşün ən müqəddəs şeylərdən asanlıqla əl götürməsnin təsviri üşün bu üsuldan istifadə olunmuşdur".

Buna da bax: Azərbaycanda senzura varmı? - [Sorğu]

Həmçinin yazıçı oxucuların ona satışdan kitablarını tapa bilməməsiylə bağlı şikayətlər etməsindən sonra kitabının satışdan yığışdırılmasını öyrəndiyini deyir. Məsələ ilə bağlı "Kitabevim" mağazası ilə əlaqə yaratdığını deyən yazıçıya bildiriblər ki, kitabın satışının qadağan olunmasına içindəki fikirlər olub:

""Kitabevim" mağazasında açıq bildiriblər ki, "bizə o kitab hakimiyyət əleyhinə olduğuna görə satmayın" - deyiblər. Həmçinin kitabın verildiyi əksər kitab mağazaları da bizə eyni şeyi dedi" - deyə yazıçı Oxu Zalına bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG