Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:49

-

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta keçmiş məhbus Nigar Yaqublunu hazırda həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi ilə ailə həyatı qurması münasibətilə təbrik edib.

ABŞ səfiri həmçinin, Müsavat Partiyası başqanının müavini, keçmiş məhbus Tofiq Yaqublunu da qızının ailə həyatı qurması münasibəti ilə təbrik edib.

Nigar Yaqublunun (O, artıq həyat yoldaşı Seymur Həzinin soyadını götürüb. Facebook səhifəsində də Nigar Həzi gedir. Ancaq səfir ona Nigar Yaqublu deyə xitab edib) facebook səhifəsində yayımladığı həmin təbrik məktubunda qeyd edilir ki, ötən illər onlardan ötrü çətin olub.

“Hazırda həbsdə olanların, o cümlədən həyat yoldaşınızın azadlığa buraxması üçün işimizi davam etdirəcəyimizi bir daha təsdiqləmək istəyirəm ”, deyə səfir Sekuta qeyd edir.

Nigar Həzi (Nigar Yaqublu) 2012-ci ildə yol hərəkatı qəzasına görə həbs edilib, 2013-cü ildə azadlığa buraxılıb.

Onun atası Tofiq Yaqublu da 2013-cü ilin yanvarında İsmayıllıda baş verən hadisələrlə bağlı həbs edilib və 2016-cı ildə əfv olunub.

Nigar Həzi bu günlərdə həbsdə olan “Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan Saaatı” televiziya verişinin aparıcısı Seymur Həzi ilə ailə həyatı qurub.

Seymur Həzi isə 2014-cü ilin avqustunda xuliqanlıq ittihamı ilə 5 il həbs edilib.

O, həbsinin sifariş olduğunu, hakimiyyəti tənqid etdiyinə görə, həbs edildiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG