Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:27

Keçmiş nazir azadlıqda


Nicat Quliyev
Nicat Quliyev

Həbsdə olan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Bunu Vəkil Əfqan Məmmədov da AzadlıqRadiosuna təsdiqləyib.

O qeyd edib ki, keçmiş nazirin həbs müddəti başa çatıb.

N.Quliyevi 2013-cü il avqustun 7-də ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları saxlayıb. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.

2014-cü ildə Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il həbs cəzası alıb. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. O, həmin qərardan kassasiya şikayəti də verib. Ali Məhkəmə də sabiq nazirin şikayətini təmin etməyib.

N.Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini icra edib. O, daha əvvəl - 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında N.Quliyev də yer alırdı.

N.Quliyev həbsindən əvvəl, 2013-cü il prezident seçkisi ərəfəsində müxalifətin namizədi Rüstəm İbrahimbəyovu müdafiə etdiyini açıqlamışdı.

XS
SM
MD
LG