Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Noyabrın 24-də saat 19.00-da Dövlət Musiqili Teatrında Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, tədbir ölkə prezidentinin «Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında» 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən təşkil olunacaq.

Tədbirin rejissoru Cavid İmamverdiyevdir.

Yubiley gecəsində N.Zeynalovanın yaxınları, sənət dostları, vaxtilə onunla birlikdə çalışmış həmkarları iştirak edəcəklər.

Dövlət Teatr Muzeyinin hazırladığı N.Zeynalovanın yaradıcılıq yolunu əks etdirən səyyar sərgi açılacaq.

Aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin «Nizami» Kino Mərkəzində nümayişi, sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitabın (müəllifi İ.Rəhimli) və foto-albomun nəşri də gözlənilir.

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Atası Kərbəlayi Cahangir dövrün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından olub. İki yaşında atasını itirən Nəsibə xanım onun yolunu davam etdirib, Azərbaycan teatr və kino sənətinin bənzərsiz təmsilçisi kimi şöhrətlənib.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da Bakıda vəfat edib.

Məzarı Fəxri Xiyabandadır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG