Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:23

-

Aprelin 20-də Azərbaycan teatr və kinosunun görkəmli nümayəndəsi, böyük gülüş ustası Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur.

Azərbaycan Dövlət Musiqili Teatrından AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurum Mədəniyyət və Turizm nazirliyi ilə birgə Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək.

İlk tədbir sabah –aprelin 20-də saat 10:00-da baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin, Azərbaycan Dövlət Musiqili Teatrı kollektivinin və Nəsibə xanım Zeynalovanın yaxınlarının və doğmalarının iştirakı ilə bənzərsiz gülüş ustasının Fəxri xiyabandakı məzarı ziyarət ediləcək.

Korifey sənətkarın yubiley gecəsi 2016-cı ilin noyabrında ömür boyu çalışdığı Dövlət Musiqili Teatrında keçiriləcək.

Nəsibə Cahangir qızı Zeynalova 1916-cı il aprelin 20-də Bakıda doğulub.

Əslən bakılı olan atası Kərbəlayi Cahangir dövrün tanınmış tacirlərindən və aktyor olub.

İki yaşında atasını itirən Nəsibə Zeynalova onun yolunu davam etdirərək aktyor peşəsini seçib.

Aktrisanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını mədəniyyət tarixinə qızıl hərflərlə yazıb.

Nəsibə Zeynalova 2004-cü il martın 10-da- Milli Teatr Günündə Bakıda dünyadan köçüb.

Nəsibə xanım Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması üçün prezident İlham Əliyev 17 mart 2016-cı il tarixli Sərəncam imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG