Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:03

►Gənc qadın uşaq dünyaya gətirə bilməyəndə, anası ona təklif verib...

Balaca Kelcey McKissack çərşənbə axşamı doğulub. Ancaq onu anası yox, nənəsi dünyaya gətirib.

28 yaşlı Kelley McKissack illərlə sonsuzluqdan əziyyət çəkib. Kelley ilə əri Aaron dəfələrlə süni mayalanmaya müraciət ediblər və üç dəfə hələ ana bətnində olan uşaqlarını itiriblər.

Hər altı cütlükdən biri McKissacklar kimi sonsuzluqdan əziyyət çəkir. 54 yaşlı Tracey Thompson cütlüyə onların uşağının surroqat anası olmağı təklif edəndə onların artıq əvvəlki süni mayalanmadan dörd embrionları qalmışdı.

Embrionlardan biri 2015-ci ilin aprel ayında uğurla Thompsonun bətninə yeridilib. Plano Tibb Mərkəzindən bidiriblər ki, həmin vaxt qadının menopauzasından yeddi ay keçmiş olsa da, səhhəti əla imiş. Thompson bədənini uşağı daşımağa hazır vəziyyətə gətirmək üçün əvvəlcədən bir neçə tibbi müalicədən keçib.

"Mənim bunu qızım üçün edə bilməyim necə də böyük mükafatdır," deyə Thompson sevincini bölüşüb.

Buna da bax: Azərbaycanın reytinqi "zibil" səviyyəsinə salındı

Xoşbəxt nənə 3 kiloqram çəkisi olan qız nəvəsi Kelcey McKissackı yanvarın 6-da Texasın Plano Tibb Mərkəzində dünyaya gətirib. Elə Kelcey-nin bu qeyri-adi adı da nənəsi Tracy və anası Kelley-nin adlarının qarışığıdır.

İndi ailə öz əhvalatını bölüşür ki, dünyaya surroqat analığın, xüsusən də başqa üsullarla uşaq sahibi ola bilməyənlər üçün, mümkün variant olduğunu bildirsin.

Günün bütün mövzuları

XS
SM
MD
LG