Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:03

Nemət Pəhanlı hospitala yerləşdirilib


Nemət Pənahlı 2011-ci ildə həbs olunub

Nemət Pənahlı 2011-ci ildə həbs olunub

-

Hazırda həbsdə olan Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı səhhətindəki problemlərlə bağlı martın 5-də hospitala köçürülüb.

Partiya sədrinin ailəsi martın 6-da hospitalda onunla görüşüb. Bu barədə musavat.com-a N.Pənahlının həyat yoldaşı Həcər Pənahlı məlumat verib. Bildirib ki, hospitala köçürülməsinin səbəbini bilmir:

“Şənbə-bazar günlərinə düşdüyündən hələ müayinə olunmayıb. Özü ilə görüşdük və bir qədər söhbət etdik. Onun şəkəri və böyrəyi ilə bağlı ciddi narahatlığı var. Amma onun hospitala köçürüləcəyini bilmirdik. Ona görə də çox narahat olduq. Özü zəng edib, mənə məlumat verdi. Hospitala köçürülməsinin səbəbi ilə bağlı hələ ki, heç nə demirlər. Müayinədən sonra nəsə deyəcəklər. Saxlanıldığı həbsxana ilə bağlı Nemət Pənahlının elə bir şikayəti etmədi".

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub. O, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq ( o vaxtkı Lenin) meydanında keçirlən nümayişlərin aparıcısı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG