Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:51

250 kiloqramlıq tısbağalar tapılıb


Galapagos - yeni növ tısbağa
Galapagos - yeni növ tısbağa

-

İngilis təbiətşünası Charles Darwin-in buranın canlılarını öyrəndiyi hamıya məlumdur. Bu tədqiqatlar onun təkamül nəzəriyyəsini ortaya qoymasında mühüm rol oynayıb.

Qalapaqosda tapılmış xüsusi canlılar çəkisi 250 kiloqrama çatan nəhəng tısbağalardır. Yale universitetindən olan tədqiqatçılar qrupu bu yaxınlarda gözlənilmədən aşkar edib ki, bu tısbağaların Santa Kruz adasında yaşayan bir neçə yüzü əslində fərqli bir növə aiddir. Bu növ yaxınlıqda yaşayan tısbağa populyasiyasından seçilir.

Tədqiqatçıların diqqətini tısbağaların qınlarındakı fərqlilik cəlb edib. Ancaq növlər arasındakı fərqi aşkar etmək üçün genetik analiz lazım olub. Yale Universitetinin xəbər saytı olan Yale News qeyd edir ki, onlar “genetik baxımdan bir-birindən elə fərqlənir ki, sanki ayrı-ayrı adalarda yaşayırlar”.

2 MİN QOHUMLARI VAR

70 kiloqramlıq tısbağa
70 kiloqramlıq tısbağa

Tısbağalar fəsiləsinin yenicə kəşf olunmuş növünə “Şərqi Santa Kruz tısbağası” adı verilib. Onun latın dilində adı isə belədir: Chelonoidis donfaustoi. Bu ad Qalapaqos Milli Parkının baxıcısı olmuş Don Fausto ləqəbli Fausto Llerena Sánchez-in şərəfinə qoyulub. Bu şərəfə ideal namizəd olan Don Fausto həyatının 43 ilini tısbağaların qorunub saxlanmasına həsr edib.
Şərqi Santa Kruz tısbağası cəmi bir neçə yüzdür ki, bu da onların qorunması məsələsini önə çəkə bilər. Onların adanın qərbində yaşayan qohumlarının sayı isə 2 minə çatır.
Bu tısbağa növü barədə tədqiqatın nəticələri oktyabrın 21-də PLOS-ONE jurnalında dərc olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG