Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:40

-

Bu ilin birinci rübündə Azərbaycanın neft və qaz sənayesindən kənar sahələri üz güldürməyib. Ötən ilin eyni dövrüylə müqayisədə bütün yerli məhsulların ixracatı təxminən 2 dəfə azalıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, yanvar-mart aylarında neftdənkənar sektorun ixracatdakı payı 13.8 faiz və ya 246 milyon 580 min ABŞ dolları olub. Halbuki 2015-ci ilin eyni dövründə qeyri-neft sahələri məhsullarının xaricdə satışından 478 milyon 438 min dollar gəlir götürülmüşdü.

İSTİXANA POMİDORU ÜZ GÜLDÜRÜB?

Sözügedən dövrdə neft və qaz ixracatından gəlirlər də kəskin azaldığından, neftdənkənar məhsulların ixracatdakı payı faiz baxımından cüzi aşağı düşüb (0.3%).

Ötən ilin ilk 3 ayında çay, şəkər, yağ və içkilərin toplam ixracatı 80 milyon 600 min dollar olmuşdusa, bu il həmin göstərici 16 milyon 200 min dollara enib.

Meyvə-tərəvəz ixracı (43.2 milyon dollar) əvvəlki ilə nisbətən 7 milyon 300 min dollar artıb. Bu artım, əsasən, istixanada yetişdirilən pomidor satışından qaynaqlanıb.

İQTİSADİ NƏZƏRİYYƏNİN İŞLƏMƏMƏKLİYİ?

İxracatda dövlət sektorunun təmsil olunduğu kimya sənayesi də xeyli geriləyib. Ilin əvvəlindən bəri cəmi 5 milyon dollarlıq məhsul ixrac olunub. Bu, ötən ildəkindən 35 milyon dollar azdır.

Mərkəzi Bank ötən il fevralda manatı kəskin ucuzlaşdırarkən, bu addımın ixracatı çoxaldacağını bildirmişdi. Devalvasiyanın yol açdığı iqtisadi çöküş ucbatından ixracatçılar,hələ ki, manatın dəyərsizləşməsindən yararlana bilmirlər. İqtisadi nəzəriyyəyə görə, milli valyutanın ucuzlaşması istehsalçıları öz məhsullarını xaricə çıxarmağa həvəsləndirir və beləcə, ölkəyə daha çox xarici valyuta gəlir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG