Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:30

“Günəşli”yə 6 gəmi göndərildi


Platformada yanğın, 5 dekabr
Platformada yanğın, 5 dekabr

-

Hazırda “Günəşli” yatağına ekoloji vəziyyətlə bağlı tədbirlərin hazırlanması üçün xüsusi təchiz olunmuş 6 gəmi göndərilib. Bunu AzadlıqRadiosuna ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

O bildirib ki, həmin gəmilər axtarış-kəşfiyyat aparmaq üçün deyil, yalnız ekoloji məsələlərdən ötrüdür.

N. Quliyev itkin düşmüş neftçilərin axtarışında heç bir dəyişiklik olmadığını da deyib: “Hazırda mövcud vəziyyətdə dəyişiklik yoxdur, axtarışlar davam etdirilir. Gəmilərin və helokopterlərin sayı artırılıb ki, azaldılmayıb”.

Qeyd edək ki, dekabrın 4-də baş verən qəzadan sonra hələ də 20-dən çox neftçi itkin sayılır. 7 nəfərin cəsədi çıxarılaraq dəfn edilib.

XS
SM
MD
LG