Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:43

"Neftçi"nin məşqçisi istefa verib


Neftçinin məşqçisi Əsgər Abdullayev istefa verib
Neftçinin məşqçisi Əsgər Abdullayev istefa verib

-

“Neftçi” futbol komandasının məşqçisi Əsgər Abdullayev istefa verib.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı bunu Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qəbələ” ilə matçdan sonra açıqlayıb.

Ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşən Abdullayev mətbuat konfransına qatılaraq, postundan getdiyini açıqlayıb. Başqa heç nə barədə danışmaq istəməyən mütəxəssis “Neftçi”nin uğursuzluğuna səbəb məhz məşqçi səhvləridirmi” sualını cavabsız qoyub. O, “bu barədə danışmaq istəmirəm”- deyib.

Əsgər Abdullayev köməkçisi Samir Əliyevin yanında olmamasına da aydınlıq gətirib: "Samir burdaydı, yuxarıda oturmuşdu"

“Qəbələ” ilə görüşdə hesabı “Neftçi” açsa da, yekunda 1:2 hesabı ilə uduzub.

“Neftçi”hazırda Topaz Premeyr Liqasında 31 xalla yeddinci yerdədir.
Əsgər Abdullayev futbolçu vaxtlarında da “Neftçi” komandasında oynayıb. Daha sonra O, futbol üzrə Azərbaycan millisinə və bir sıra klublara rəhbərlik edib.

XS
SM
MD
LG