Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Avqustun 6-da Azərbaycanın cənubu-şərqində yerləşən Neftçala rayonunda avtomobil zavodunun bünövrəsi qoyulub.

Azərbaycan və İranın ortaq müəssisəsi olan bu zavod Neftçala Sənaye Məhəlləsində tikilir. Layihəni Azərbaycanın «Azeurocar» şirkəti və İranın «Iran Khodro» avtomobil istehsalçısı həyata keçirir.

İLDƏ 10 MİN AVTOMOBİL...

Təməlatma mərasimi iqtisadiyyat naziri Şahin Mustafayev və İranın ticarət və sənaye naziri Mohammad Reza Nematzadeh-nin iştirakı ilə keçirilib.

Müəssisədə hər il «Dena», «Rana», «Soren» və «Samand» markalı 10 min avtomobil istehsal edilməsi nəzərdə tutulur. Zavodda 300-ə yaxın insan işləməlidir

Zavodun investisiya həcminin 22.5 milyon manat olacağı qeyd edilir.

Nazir Ş.Mustafayev bildirib ki, İranın Azərbaycana investisiyalarının həcmi 2.65 milyard manata çatıb. Azərbaycanda İran sərmayəli 450 şirkət fəaliyyət göstərir.

Buna da bax - 'Naz-Lifan' sürücüsü: 'Prezidentin bu maşından xəbəri yoxdur'

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG