Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:18

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 1.11 dollar bahalaşdığı bildirilir. Hazırda «Layt» markalı neftin 46.58 dollara satıldığı açıqlanıb.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin qiymətinin də 1.20 dollar artaraq 49.23 dollara çatdığı bildirilir.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti isə 0.97 dollar bahalaşıb. «AzəriLayt» markalı neft 49.94 dollara satılır.
Bir müddət öncə Azərbaycan neft 45 dollara düşmüşdü. «AzəriLayt» markalı neftin «qızıl dövrü» isə 2008-ci ildə olub. Onda Azərbaycan neftinin bir barreli 149 dollara satılırdı.

XS
SM
MD
LG