Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:11

Neft qiymətləri OPEC kartelinin son iclasından bəri artan sürətlə düşməyə başlayıb. Bir çox ekspertlər yaxın gələcəkdə qiymətin 20 dollara enəcəyinə tam real bir ehtimal kimi baxırlar

İndi Brent markasından olan neftin bir barreli 40, 73 dollardır. Qərbi Texas neftinin qiyməti 37, 65 dollara enib. Beləliklə, Brent neftinin qiyməti 5, 8 faiz enib.

OPEC karteli ötən həftə Vyanada keçirilən iclasında istehsalı indiki həcmlərdə saxlamaq barədə qərar qəbul edib.

ABŞ-da dayandırılan quyuların sayı artır. Lakin ekspertlər bunu da qeyd edirlər ki, bu quyuların sayı Səudiyyənin arzu etdiyi sürətlə azalmır

Bu təşkilatda hegemon rola malik Səudiyyənin strategiyası bazarı doldurmaqla, ABŞ neftinin qiymətini öldürməkdir.

Bəzi ekspertlər deyirlər ki, bu strategiya işləməyə başlayıb və ABŞ-da dayandırılan quyuların sayı artır. Lakin ekspertlər bunu da qeyd edirlər ki, bu quyuların sayı Səudiyyənin arzu etdiyi sürətlə azalmır və proses daha uzun müddətdə davam edə bilər.

Üstəlik, Amerika neftçiləri əsasən istehsalı aşağı olan quyuları dayandırır, “şirin” quyuların istismarını isə artırırlar. Bu, ABŞ nefti üçün qiymətlərin nisbətən yavaş ucuzlaşmasını təmin edir.

Heç on ilə də düzəlməyəcək

Nüfuzlu neft investorlarının onillik proqnozları da neft bazarları üçün yaxşı heç nə vəd etmir.

2024-cü ilin ABŞ neftinin proqnoz qiyməti 60 dollardan aşağı müəyyən edilib

2024-cü ilin ABŞ neftinin proqnoz qiyməti 60 dollardan aşağı müəyyən edilib. Məhz buna görə də bir çox qiymət ekspertləri yaxın gələcəkdə qiymətin 20 dollara enəcəyinə tam real bir ehtimal kimi baxırlar.

Bu arada Fransanın neft nəhəngi Total şirkətinin rəhbəri Patrick Pouyanne 2016-cı il üçün neft qiymətlərində heç bir dirçəliş gözləmədiyini bəyan edib. ƏksinəƏ o bu fikirdədir, gələn il bazarlara daha çox neft çıxacaq.

Goldman Sachs isə bildirib ki, neft qiymətləri qarşıdan gələn bir neçə ayda 40 dollar civarında proqnozlaşdırılsa da, qiymətin yarıbayarı düşəcəyi istisna deyil.

Bundan əvvəl Britaniyanın BP şirkəti qarşıdan gələn aylarda neftin bir barreli üçün 20 dollar qiymətinin tam mümkün olduğunu bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG