Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:43

Netfin son qiymət artımına bel bağlamaq olarmı?


Birjada neftin qiyməti (arxiv fotosu)

Birjada neftin qiyməti (arxiv fotosu)

Ekspertlərin fikrincə, OPEC-in neft hasilatını dondurmaq qərarı qiymətlərə ciddi təsir göstərməyəcək.

Qlobal neft hasilatının təxminən 40 faizini ödəyən neft ixrac edən ölkələr birliyi - OPEC uzun müzakirələrdən sonra hasilatın gündəlik 32,5-33 milyon barrel civarında dondurulmasına razılaşdılar. Nəticədə dünya bazarlarında neftin dəyəri bir qədər artsa da, hələlik, anlaşma qeyr-rəsmi sayılır, çünki rəsmi qərarın noyabr toplantısında verilməsi gözlənilir. Bəzi xarici ekspertlərin fikrincə, bu razılaşma neftin qiymətini artıracaq. Bəs yerli ekspertlər nə düşünür? Bu razılaşma neftin qiymətini dayanıqlı edəcəkmi?

Vüqar Bayramov

Vüqar Bayramov

İqtisadçı ekspert Vüqar Bayramov, hələ rəsmiləşdirilməyən qərarın ilkin təsirlərindən danışaraq deyir: “OPEC-in anlaşması elə həmin gün neft bazarına təsir göstərdi: Fevraldan bəri ilk dəfə neftin qiymətində gündəlik 6,5 faiz artım qeydə alındı. Ciddi fikir ayrılıqları olan Səduiyyə Ərəbistanı ilə İran neft qiymətinin yüksələcəyinə ümid edərək, vahid mövqe nümayiş etdirə bildilər”.

Buna da bax: OPEC razılığa gəldi, neft qalxdı

“İnananların sayı heç də çox deyil”

Ekspert əlavə edir ki, OPEC-in bazara çıxartdığı neftin həcmində azalma yoxdur və heç gözlənilmir də: “Çünki dondurulan hasilat mövcud istehsal səviyyəsinə uyğunlaşdırılıb. Aydındır ki, qurum bu anlaşması ilə daha və ya nisbətən yüksək qiymətlərə ümid edir, amma ən azı, potensial qiymət azalmalarından özünü sığortalamağa çalışır. Düzdür, nə OPEC-də, nə də OPEC-dən kənarda yaxın zamanlarda qiymətin kəskin yüksəcələyinə inanların sayı heç də çox deyil. Sadəcə, indiki məqamda qiymətin arzulanan səviyyədə sabitləşdirilməsi OPEC-in əsas hədəfdir”.

Buna da bax: Neft 30 dollardan da aşağı düşə bilər - Kudrin

“Qeyri-OPEC ölkələrinin də mövqeyi çox vacibdir”

V. Bayramovun fikrincə, qeyri-OPEC ölkələrinin də mövqeyi çox önəmlidir: “Şimal qonuşumuz olan Rusiya sentyabrda hasilatı əvvəlki aya nisbətən gündəlik 400 min barrel artıraraq, 11,1 milyon barrelə çatdırıb. Xəzər qonşumuz Qazaxıstanda isə 50 milyard dollarlıq sərmayə yatırılan “Kaşaqan yatağı” artıq istifadəyə verilməkdədir. Neftin 1 barrelinin qiyməti 55 dollara çatacağı halda, ABŞ və Kanadada şist neft hasilatçıları yenidən fəallaşacaqlar. Üstəlik, ABŞ hətta yataqlardakı neftini də ixrac etmək niyyətindədir. Bu o deməkdir ki, OPEC-in anlaşması ilə yanaşı, təşkilata üzv olmayan ölkələrin də davranışı ayrıca önəm qazanacaq. Başqa tərəfdən, bu gün qlobal neft bazarında qeyri-OPEC ölkələrinin payı təşkilat üzvlərinə nisbətən daha çoxdur. Bazara çıxarılan neftin 60 faizi təşkilata üzv olmayan dövlətlərin payına düşür. Bu baxımdan, hələlik, kəskin qiymət artımlarına deyil, qiymətin stabilləşməsinə ümid etmək lazımdır”.

“2-3 günə dağılacaq”

Başqa bir ekspert - Natiq Cəfərli isə bu razılaşmanın bütövlükdə heç bir əsasının olmadığını düşünür: “Bazarda olan "xam" oyunçular həmişə belə xəbərlərə aşırı reaksiya verərək, qiyməti qaldırırlar. Dünyada hər gün 94-95 milyon barrel neft (real neft) hasil olunur, amma birjalarda bundan min dəfə çox "kağız neft" (fyuçer) satılıb-alınır. Məhz o qeyri-peşəkar neft treyderlərinə təsir göstərir və onlar qiyməti qaldırırlar. Çünki bazarın təməl qaydalarını bilmirlər. OPEC-ın yaratdığı hava 2-3 günə dağılacaq, neftin yaxın illərdə real bazar dəyəri 45 dollar civarında olacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG