Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:52

Gürcüstandan NATO təlimlərinə dəvət


Gürcüstanda hərbi təlimlər.
Gürcüstanda hərbi təlimlər.

-

Azərbaycan Gürcüstanda keçirilən NATO təlimində iştirak etməyə dəvət olunub.
APA-nın xəbərinə görə, Gürcüstanın müdafiə naziri Tinatin Khidasheli bu dəvəti mayın 15-də Qəbələ şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Gürcüstanda ABŞ və britaniyalı hərbçilərin iştirakı ilə keçirilən «Noble Partner» təliminə toxunan T.Khidasheli deyib ki, gələcəkdə keçiriləcək bu təlimlərdə Fransa, Almaniya, Türkiyə, Azərbaycan hərbçiləri iştirak edəcəklər: «Gürcüstan öz tərəfdaşlarını bu təlimlərdə görməkdən şad olar».

Mayın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Qəbələdə həm üçtərəfli formatda, həm də ikitərəfli görüşü keçirilib. Üçtərəfli görüşdə birgə təlimlərin keçirilməsi ilə bağlı qərar verilib.
Bundan başqa, tərəflər öz aralarında neft və qaz kəmərlərini birgə qorumaq haqqında da razılıq əldə ediblər.

XS
SM
MD
LG