Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:19

Neft ixrac edən ölkələrinin OPEC karteli üzvlərinin Vyanada noyabrın 30-da açılacaq sammitində razılıq əldə edilməyəcəyi barədə proqnozlara görə bu gün neftin qiyməti daha iki faiz düşüb və bir barrel üçün 47 dollar 34 sent olub.

Əslində OPEC hazırda günə 33, 82 milyon barrel olan hasilatı cəmi 1 milyon barrelədək ixtisar etməyə çalışır.

Amma problem bundadır ki, hətta ixtisarla razılaşan OPEC üzvləri də hasilatı kimin nə qədər ixtisar edəcəyi barədə razılığa gələ bilmirlər.

Azərbaycanın enerji naziri Natiq Əliyev bundan əvvəlki bəyanatına baxmayaraq sözü gedən sammitə qatılmayacağını deyib.

Natiq Əliyev ötən həftə bildirmişdi ki, OPEC ölkələri kartelə daxil olamayan ölkələrin, o cümlədən Azərbaycanın da hasilatı azaltmasını istəyirlər.

Digər tərəfdən neft ekspertləri deyirlər ki, nazirin narahatlığına ehtiyac yoxdur və Azərbaycanın neft hasilatı onsuz da getdikcə azalır və ekspertlərin fikrincə Azərbaycan nefti dünya bazarındakı qiymətlərə demək olar, qətiyyən təsir etmir.

Enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, neft ölkələrinin indi bütün ümidləri noyabrın 30-da keçiriləcək OPEC-in böyük toplantısına yönəlib.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, OPEKC ölkələrinin toplantısına Azərbaycanın qatılması “düşərli” olmadı.

Ekspert deyir ki, “OPEC anlaşsa da, anlaşmasa da, Azərbaycan buna qoşulsa da, qoşulmasa da, hasilatı nə dondura biləcək, nə də artıra biləcək.

Natiq Cəfərli deyir ki, Amerikada gedən proseslər neftin qiymətinə daha çox təsir edir, nəinki OPEC-in görüşləri.

Dövlət Neft Şirkətinin keçmiş rəhbəri Sabit Bağırovun proqnozuna görə, bu ilin sonuna qədər neftin qiyməti 45 dollar ətrafında dəyişəcək.

Ekspert neftin qiymətində hansısa sıçrayışların olacağını düşünmür. Sabit Bağırov bildirir ki, Azərbaycanın neft qiymətlərinə ciddi müdaxilə etmək imkanı yoxdur və o sadəcə müşahidə edə bilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG