Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Bu gün – oktyabrın 4-də neft qiymətləri düşüb. Səbəb İranın neft ixracatının dünyadakı neft toxluğunu daha da artırmasıdır. Amma hasilatın azaldılması ilə bağlı OPEC-in bu ilin sonuna planlaşdırdığı tədbirlərin durumu müəyyən qədər düzəldəcəyi ehtimal olunur.

Oktyabrın 4-də səhər saatlarında «Brent» markalı neftin 1 barreli 26 sent ucuzlaşaraq 50.63 dollara çatıb.

Qərbi Texas neftinin qiyməti 32 sent azalaraq bir barreli 48.49 dollara satılıb.

QİYMƏT 50 DOLLARI KEÇƏ BİLƏR

Treyderlərin sözlərinə görə, qiymətlərin düşməsi İranın xam neft və neft kondensatı ixracatını artırması ilə bağlıdır. İranın sentyabrda ixracatı sutkada 2.8 milyon barrelə çatdırdığı bildirilir. Bu rəqəm, demək olar ki, onun 2011-ci ildə, sanksiyalardan əvvəl çatdığı pik nöqtəsinə yaxındır.

Təhlilçilər bildirir ki, İran hasilatı daha da artırmağa çalışacaq. Sanksiyalardan öncəki həddə çatdırılma İranın hasilatın məhdudlaşdırılması ilə bağlı digər OPEC üzvləri, o cümlədən Səudiyyə Ərəbistanı ilə razılığa gəlməsi ehtimalını artırır.

Buna da bax-Netfin son qiymət artımına bel bağlamaq olarmı?

İranın regiondakı rəqibi Səudiyyə Ərəbistanı da rekord həddinə yaxın neft hasil edir.

OPEC üzvlərinin və təşkilatın üzvü olmayan ixracatçıların (məsələn, Rusiya) OPEC-in noyabr görüşünə qədər razılığa gələcəyinə ümid var. Ancaq razılığa gəlməmək ehtimalı da yüksəkdir.

«Barclays» maliyyə şirkəti bildirib ki, o, ilin dördüncü rübündə neft qiymətlərinin 50 dolları aşacağını gözləyir.

BİR BARRELDƏ AZI 5 DOLLAR İTKİ

Hələlik, OPEC xaricində hasilatın azaldılacağına bəzi işarələr var.

«Rusiyanın xam neft hasilatı artmaqdadır... Rusiyanın neft hasilatı sentyabrda sutkada 11.1 milyon barrelə çatıb», - deyə «BMI Research» bildirib.

«Morgan Stanley» isə qeyd edib ki, hasilatın azaldılması ilə bağlı razılığa gəlməmək riski yüksəkdir.

Ancaq avqustdan bəri nisbətən yüksək qiymətlər emal sektorunda gəlirlərə mənfi təsir edib.

Sinqapur neft emalı müəssisələrinin gəlirləri son beş gündə hər barrel üçün azı 5 dollar azalıb.

Treyderlərin sözlərinə görə, təklifin bu qədər çoxaldığı vaxtda tələbin mövsümi olaraq azalması emal məhsullarının qiymətlərində özünü göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG