Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:18

Niyə neftin qiyməti düşsə də, heç bir ölkə hasilatı azaltmır - Təhlil


►Ölmək yaşamaqdan bahadır...

Wood Mackenzie Ltd konsaltinq şirkəti bildirir ki, neftin ucuz qiymətə satıldığı son bir il ərzində qlobal neft istehsalı cəmi 0,1% azalıb.

Bu azalma da yalnız onunla bağlıdı ki, bir sıra ölkələrdə aşağı qiymətlərlə neft çıxarmaq bəzi istehsalçılara sərf etmir.

Təhlildə iddia olunur ki, dünyada neft istehsalının əhəmiyyətli dərəcədə azalması üçün neft qiymətləri bundan da aşağı düşməli, yaxud da xeyli müddət aşağı səviyyədə qalmalıdır.

OPEC təşkilatı və BP, Occidental Petroleum Corp. kimi iri neft şirkətləri inanırlar ki, neft qiymətlərinin aşağı olması istehsalı azaldacaq və beləliklə bazarda qiymətlər qalxacaq.

Bu proses gözlənildiyindən uzun çəkir ki, bu da qismən ABŞ şist sənayesinin elastikliyi və neftlə zəngin ölkələrin valyutalarının ucuzlaşması nəticəsində Rusiyadan Braziliyaya qədər bir çox ölkədə istehsal qiymətlərinin aşağı düşməsi ilə bağlıdır.

Wood Mackenzie-nin təhlilçiləri həmçinin hesablayıblar ki, məhz aşağı qiymətlərin təsiri ilə 2015-ci ilin əvvəlindən bəri dünyada neft istehsalının gündəlik həcmi 100000 barrel azalıb. Qiymətlərin enməsi səbəbindən istehsalın azalması ən çox Kanada, ABŞ və Şimal dənizi ölkələrindəki istehsala öz təsirini göstərib.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Beynəlxalq Enerji Agentliyi ilbəil dəyişikliyi hesablayaraq bildirir ki, keçən ilin dördüncü rübündə qlobal neft istehsalı gündə 96,9 milyon barrel olub. Onun proqnozuna görə, bu il OPEC xaricində istehsalın gündəlik həcmi 600000 barrel azalacaq. Bu, 1992-ci ildən bəri ən böyük illik enişdir. Keçən il qeyri-OPEC ölkələrində istehsalın gündəlik həcmi 1,4 milyon barrel artmışdı.

Bu hesablamanı aparmaq üçün dünyanın 2000 neft mədənini izləyən Wood Mackenzie şirkəti bildirir ki, gündə daha 3,4 milyon barrel neft indiki qiymətlərlə qazanc gətirmir, əksinə itki ilə çıxarılır. Təhlildə bildirilir ki, istehsalın daha da azalacağını gözləmək o qədər də düzgün deyil, çünki bir çox istehsalçıılar qiymətlərin yenidən yüksələcəyinə ümid edərək itki bahasına da olsa istehsalı davam etdirəcəklər.

İri neft şirkətləri üçün bir neçə ay itki ilə işləmək məsələn, Şimal dənizindəki bir platformanı sökməyə pul xərcləməkdən daha sərfəlidir. Bir platformanın sökülməsi aylarla davam edə və milyonlarla dollara başa gələ bilər. Wood Mackenzie-nin vitse-prezidenti Robert Plummerin dediyi kimi, “İstehsalı dayandırmağın da qarşısında maneələr var."

Keçən ay Səudiyyə Ərəbistanının dövlət neft şirkətinin rəhbəri Khalid al-Falih demişdi ki, mövcud neft qiymətləri "qeyri-rasionaldır". Belə ki, bu qiymətlər yeni istehsala qoyulan sərmayəni əsaslandıra bilmək üçün çox aşağıdır.

Şirkətlər yeni quyular qazmağı və onlara sərmayə qoymağı dayandırdıqca neft istehsalı təbii şəkildə azalacaq. Neft mədənləri köhnəldikcə istehsalın ildə 5 - 10% azalması adi haldır. ABŞ-ın yeni şist quyularında istehsalın azalması isə daha kəskin şəkildə baş verir. Beləliklə də yeni quyular qazılmayanda şirkətin istehsalı daha sürətlə azalır.

Başqa sözlə, istehsal yalnız uzunmüddətli perspektivdə enə bilər...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG