Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:41

►«Oracle» dünyanın ən böyük 2-ci proqram təminatı şirkətidir

Dövlət Neft Fondu (DNF) informasiya texnologiyaları (İT) xidmətləri üçün 2 yerli şirkətlə 3 müqavilə bağlayıb. Müqavilələrin toplam dəyəri 239,3 min manatdır.

Razılaşmaya əsasən, «R.İ.S.K. Elmi İstehsalat Şirkəti» Qapalı Səhmdar Cəmiyyətindən İT lisenziyaları alınacaq, bəzi lisenziyalarınsa müddəti uzadılacaq. Bu şirkət vasitəsilə ARDNF-in istifadəsində olan İKT avadanlığına istehsalçı zəmanəti də bir il uzadılır. Bu məqsədlə R.İ.S.K. şirkətinə toplam 214,8 min manat ödəniləcək.

Ötən ilin iyununda SOFAR «Bakinity Distribution» şirkətindən «Oracle» verilənlər bazasını təxminən 105 min manata satın alıb. Bu ilsə həmin bazaya illik dəstək xidmətinə görə “Evrodizayn” QSC-yə 24,4 min manat ödəniləcək.

«Oracle» verilənlər bazasından Vergilər Nazirliyi də yararlanır. Nazirlik bu məqsədlə 2013-2015-ci illərdə «Caspel» MMC-yə hər il 300 min manat ödəyib.

Ötən il Mərkəzi Bank «Oracle» şirkətinin təqdim etdiyi Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasını yerli "GT Solutions» şirkətindən 193,6 min manata satın alıb.

«Oracle» dünyanın ən böyük 2-ci proqram təminatı şirkətidir. Bu şirkət verilənlər bazası, tətbiqin inkişaf vasitələri və server, eləcə də biznes təcrübələri sahələrində proqram çözümləri istehsal edir.

Buna da bax: 50 nəfəri öldürən Ömər Mətinin psixoloji problemi var imiş

Günün bütün mövzuları

XS
SM
MD
LG