Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Azərbaycan Respublikası Dövlət Neft Fondunun riskli səhmlərə investisiyaları 15-dən 25 faizə qədər artırmağı planlaşdırır.

Trend agentliyinin məlumatına görə, bunu ‘Nikkei Asian Review’ nəşrinə Neft Fondu icraçı direktorunun müavini İsrafil Məmmədov deyib.

Xəbərdə deyilir ki, ‘Neft Fondunun aktivləri 33,7 milyard dollar təşkil edir, və bunun 80% istiqraz vərəqələrinin və qısamüddətli maliyyə alətlərinin payına düşür.

Israfil Məmmədov həmçinin qeyd edib ki, Neft Fondu daşınmaz əmlaka investisiyanı 5,5-dən 10 faizə qədər artırmağı planlaşdırır.

Neft Fondu keçən il Orix şirkətindən 52,3 milyard yenaya (496 milyon dollara) Tokioda Kirarito Qinza ticarət mərkəzini alıb.

Fond həmçinin Yaponiyada daşınmaz əmlakın inkişafında iştirak edən fondlara investisiya qoyur’.

!2006-cı ildən Neft Fondunun aktivləri 24 dəfə artıb, ancaq 2012-ci ildən aktivlərin artım sürəti azalıb. Neft qiymətlərin düşməsini nəzərə alaraq, Neft Fondu öz investisiya portfelinə daha riskli aktivləri daxil etməyə məcburdur’ – yazır Trend.

Başqa sözlərlə bir vaxtlar Azərbaycan və onun xalqının gələcəyi üçün nəzərdə tutulduğu elan edilən fond indi bu pullarla daha riskli əməliyyatlara getdiyi barədə xəbərdarlıq edir.

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Dövlət Neft Fondu itkilərin qarşısını almaq üçün riskli sahələrə investisiya qoymaq istəyir. Ekspertin sözlərinə görə, Neft Fondunun vəsaitlərinin idarə olunması ilə bağlı ciddi və strateji qərarlar qəbul olunmalıdır. O deyir ki, fondun investisiya siyasəti əvvəldən düzgün qurulmayıb.

Digər ekspert Nazim Bəydəmirlinin fikrincə daşınmaz əmlaka vəsait yatırmağın özü risklidir. İqtisadçı ekspertin cerdiyi əsas sual budur ki, niyə Neft Fondu vəsaitini xarici ölkələrdə Afrika və hətta Çindəyatızdırır, ancaq Azərbaycana investisiya qoymur? Ekspert iddia edir ki, burada kimlərinsə maraqları olduğundan şübhələnmək mümkündür.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, Neft Fondu çox düzgün addımlar atır. Ekspertin dediyinə görə Neft Fondu risk dərəcəsi yüksək olan səhmlərə maraq göstərmir.

Şərhləri göstər

XS
SM
MD
LG